525.Az

MSK daha iki seçki məntəqəsində nəticələri etibarsız sayıb


 

MSK daha iki seçki məntəqəsində nəticələri etibarsız sayıb<b style="color:red"></b>

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 11 saylı Qaradağ Seçki Dairəsindən olan namizəd Məmmədov Samirin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q. Orucov bildirib ki, iddiaçı DSK-nın hərəkətsizliyini mübahisələndirib: “Araşdırma zamanı mübahisələndirilən 1 seçki məntəqəsi istisna olmaqla, digər seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar aşkarlanmayıb. Namizəd tərəfindən təqdim edilən görüntülərin araşdırılması zamanı 30 saylı seçki məntəqəsində səslərin sayılması prosesində qanun pozuntuları aşkarlanıb. Təklif edirəm ki, həmin seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılsın”.

 

MSK şikayəti müzakirəyə çıxarıb və 30 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edilib. Şikayət qismən təmin edilib.

 





20.02.2020    çap et  çap et