525.Az

Hava limanı istiqamətində əsas yollarda sürət həddi endirilib


 

Hava limanı istiqamətində əsas yollarda sürət həddi endirilib<b style="color:red"></b>

Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - Hava limanı və Zığ yolu - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi zolaqlar üzrə müvafiq olaraq endirilib.

APA xəbər verir ki, bu barədə BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları tövsiyə olunur".

 





20.02.2020    çap et  çap et