525.Az

Avtovağzal yaxınlığında yeni tunelin tikintisi layihəsi hökumətə təqdim edilib


 

Avtovağzal yaxınlığında yeni tunelin tikintisi layihəsi hökumətə təqdim edilib<b style="color:red"></b>

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini (AAYDA) bu ilin may ayının sonunadək Bakı-Sumqayıt yolunun 6,5-14 kilometrlik hissəsində yenidənqurma işlərini bitirmək planlaşdırır.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, Bakı-Sumqayıt yolunun sözügedən hissəsinin yenidən qurulmasına üç ay bundan öncə başlanılıb.

Bununla yanaşı, Bakı-Sumqayıt yolundan istifadə edənlər “20 yanvar dairəsi – Masazır körpüsü” adlanan hissəsində yeni yol tənzimlənməsini hiss edəcəklər.

S. Məmmədov onu da əlavə edib ki, Bakı Beynəlxalq Avtovağzal yaxınlığında yeni tunelin çəkilməsi ilə bağlı layihə artıq hökumətə təqdim edilib. 

"Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat İdarəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə layihəyə baxılacaq, layihənin icrası təsdiq edildikdən sonra tikinti işlərinə başlanılacaq",  - deyə S. Məmmədov qeyd edib.

 





21.02.2020    çap et  çap et