525.Az

Ukrayna Ali Radası “erməni soyqırımı”na dair layihənin müzakirəsindən imtina edib


 

Ukrayna Ali Radası “erməni soyqırımı”na dair layihənin müzakirəsindən imtina edib<b style="color:red"></b>

Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, Ali Radanın hakim “Xalqın xidmətçisi”nin deputatı Darya Volodinanın təqdim etdiyi “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi müzakirə edilmədən geri qaytarılıb.

Məlumata görə, fevralın 14-də qeydə alınan qanun layihəsinin Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə səyləri nəticəsində Ali Radanın komitə iclasında belə müzakirə olunması təxirə salınıb.
Xatırladaq ki, 2013-cü, 2015-ci və 2019-cu illərdə də Ali Rada qondarma “erməni soyqırımı” haqqında qanun layihəsinin müzakirəsinə cəhd edilib.

 





21.02.2020    çap et  çap et