525.Az

Mərkəzi Elmi Kitabxananın Lüğətlər Fondunda nadir nəşrlər toplanıb


 

Mərkəzi Elmi Kitabxananın Lüğətlər Fondunda nadir nəşrlər toplanıb<b style="color:red"></b>

Lüğətlər həmişə və hamıya lazım olan ən qiymətli məlumat mənbəyidir. Dünya xalqları ilə tanışlıq ilk növbədə onun dilini öyrənməklə başlayır.
 

Dil öyrənmək üçün isə ən yaxşı müəllim və bələdçi lüğətlərdir. Cəmiyyətin bütün təbəqələri zaman-zaman lüğətlərdən istifadə edib və bu gün də etməkdədir. İstər tədqiqatçı alimlər, istərsə də yaradıcı ziyalıların ən çox müraciət etdiyi lüğətlər tipindən, xarakterindən, oxucu kontingentindən asılı olmayaraq bütün kitabxanalar tərəfindən xüsusi mühafizə olunur.

AMEA-nın Mərkəzi Elmi Kitabxanası isə daha fərqli və effektiv bir mühafizə yolu seçib. Bütün lüğətləri ümumi fondun tərkibindən ayıraraq SL formatı altında xüsusi fondda yerləşdirib. Bu, həm qiymətli fondun mühafizəsini asanlaşdırır, həm də oxucu sorğularının operativ və yüksək səviyyədə ödənilməsinə şərait yaradır. Oxucu istədiyi məlumatın konkret ünvanını bilməsə də, kitabxanaçı (əlbəttə, fondunun tərkibini yaxşı bilən) öz fondunu oxucusuna təqdim edir.

MEK-in çox zəngin lüğətlər fondu var. Hətta elə kitablar var ki, respublikada ancaq bizim kitabxananın fondunda yerləşir. Həm nəşr tarixinə, həm də elmi-tarixi əhəmiyyətinə görə bir çox nadir nüsxələr fondun dəyərini daha da artırır. Məsələn, "Slovarğ üerkovno-slavənskoqo i russkoqo əzıka", 1867 ("Kilsə-slavyan və rus dili lüğəti"), "Polnıy franüuzcko-rossiyskiy slovarğ", 1824 ("Bütöv fransız-rus dili lüğəti"), "Nemeüko-russkiy slovarğ", 1902 ("Alman-rus dili lüğəti"), "Russko-şvedskiy slovarğ", 1896 ("Rus-İsveç dili lüğəti"), "Anqlo-russkiy neftənoy slovarğ", 1934 ("İngilis-rus neft terminləri lüğəti"), "Azerbaydjansko-russkiy slovarğ", 1939 ("Azərbaycan-rus dili lüğəti"), "Slovarğ inostrannıx slov", 1894 ("Xarici sözlər lüğəti"), "Korneslovc russkoqo əzıka", 1842 ("Rusca köksözlər lüğəti"), "Russko-Törkskiy slovarğ", 1928 ("Rus-türk dili lüğəti") və bir çox qiymətli nəşrlər fondumuzda mühafizə olunur. Hazırda 2495 nüsxədən ibarət fondun elektron kataloqa salınması prosesi gedir.

ŞAHANƏ

 





21.02.2020    çap et  çap et