525.Az

Baş nazir: "Ukraynada qaz 3-4 dəfə bahalaşa bilərdi"


 

Baş nazir: "Ukraynada qaz 3-4 dəfə bahalaşa bilərdi"<b style="color:red"></b>

Avropaya təbii qazın nəql edilməsi üzrə Rusiya ilə tranzit müqaviləsinin bağlamadığı təqdirdə Ukraynada qaz üç-dörd dəfə bahalaşa bilərdi.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Baş naziri Aleksey Qonçaruk deyib.

Onun sözlərinə görə, bu ilin yanvarın 1-də Ukrayna ilə Rusiya arasında Avropaya qazın nəqlinə dair müqavilə bitmək üzrə idi və Ukrayna tərəfindən tranzit həcmlərinin itirilməsi riski yüksək idi.

"Bu, müəssisə və vətəndaşlar üçün enerji daşıyıcılarına olan qiymətlərin artmasına səbəb olardı və əhəmiyyətli dərəcədə ölkə iqtisadiyyatına zərbə vurardı. Müqavilə imzalanmasaydı, Ukrayna üçün qazın qiyməti üç və ya dörd dəfə arta bilərdi", - deyə, A. Qonçaruk bildirib.

Qeyd edək ki, ötən ilin dekabrın 30-da Ukrayna və Rusiya Federasiyası 2020-2024-cü illər üçün (10 il uzatma imkanı ilə) qazın tranziti üzrə müqavilə imzalayıblar.

 





21.02.2020    çap et  çap et