525.Az

Ankarada məcburi enən "Buta Airways"in təyyarəsi Alanyaya yola salınıb


 

Ankarada məcburi enən "Buta Airways"in təyyarəsi Alanyaya yola salınıb<b style="color:red"></b>

Bakı-Alanya marşrutu üzrə uçan və Ankarada məcburi eniş edən sərnişin təyyarəsi Alanyaya yola salınıb.

"Buta Airways" aviaşirkətindən "APA-Economics"ə verilən məlumata görə, təyyarə Bakı vaxtı ilə saat 16:51-də Ankaradan Alanyaya yola düşüb.

Qeyd edək ki, bu gün Alanyanın hava limanında (GZP) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Buta Airways"in saat 07:39-da Bakıdan yola düşən J2 9111 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa hava limanına (ESB) məcburi eniş etmək qərarı alıb. Reys Bakı vaxtı ilə saat 11:08-də Ankarada uğurlu eniş edib.

 





21.02.2020    çap et  çap et