525.Az

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 1-ci nömrəsini nəşr edib


 

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 1-ci nömrəsini nəşr edib<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 1-ci nömrəsini nəşr edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunub. Jurnal Azərbaycan və rus dillərində çap edilib.

Jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

 





21.02.2020    çap et  çap et