525.Az

Türkiyədə “Xocalı həftəsi” çərçivəsində silsilə tədbirlər keçiriləcək


 

TƏDBİRLƏRDƏ “525-ci QƏZET”in BAŞ REDAKTOR MÜAVİNİ SEYFƏDDİN HÜSEYNLİ DƏ İŞTİRAK VƏ ÇIXIŞ EDƏCƏK

Türkiyədə “Xocalı həftəsi” çərçivəsində silsilə tədbirlər keçiriləcək<b style="color:red"></b> XX əsrin faciəsi olan Xocalı soyqırımının 28-ci ildönümü Türkiyədə də geniş şəkildə anılacaq. Qardaş ölkədəki “Xocalı həftəsi” boyunca Türkiyənin ayrı-ayrı şəhərlərində müxtəlif tədbirlər, konfranslar təşkil olunacaq.

“Xocalı həftəsi” çərçivəsində silsilə tədbirlərdən bir neçəsi Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, politoloq və hərbi ekspert Emin Həsənli, “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynlinin iştirakı ilə gerçəkləşəcək.
 
Onların iştirakı ilə “İnsanlıq günahı Xocalı soyqırımı 28-ci ilində” adlı ilk konfrans 22 fevral saat 14:00-da İstanbulda, Türk Dünyası Araşdırmaları Vəqfində keçiriləcək. “Ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı törədilən Xocalı soyqırımı” adlı konfrans 24 fevral saat 19:30-da İstanbul Rumeli Balkan Stratejik Araşdırmalar Mərkəzində, “Azərbaycanda qanayan yara Xocalı soyqırımı” tədbiri isə 25 fevral saat 14:00-da İstanbul Universitetində olacaq. Həmin gün saat 18:00-da İstanbul Avrasiya-Bir Vəqfində keçiriləcək toplantı ilə bu şəhərdəki Xocalı konfransları yekunlaşacaq.

26 fevral saat 14:00-da V.Quliyev, E.Həsənli və S.Hüseynlinin iştirakı ilə İspartanın Süleyman Dəmirəl Universitetində, 27 fevral saat 14:00-da Antalya Akdəniz Universitetində Xocalı faciəsinə dair konfranslar olacaq. Hər üç nümayəndəmiz 28 fevral saat 16:00-da Ankaradakı konfranslara qatılacaq, fevralın 29-da isə Ankara Türk Ocaqları Mərkəzini ziyarət edəcəklər.







 





21.02.2020    çap et  çap et