525.Az

BMT-nin qadın səfirləri Dubayda gender bərabərliyi məsələlərini müzakirə ediblər


 

BMT-nin qadın səfirləri Dubayda gender bərabərliyi məsələlərini müzakirə ediblər<b style="color:red"></b>

Dubayda keçirilən Dünya Qadın Forumu çərçivəsində BMT-nin qadın səfirlərindən ibarət qrupun üzvləri gender bərabərliyi məsələlərini müzakirə ediblər.

AZƏRTAC “Emirates” informasiya agentliyinə istinadla xəbər verir ki, tədbirdə ABŞ Prezidentinin müşaviri İvana Tramp, Əfqanıstandan Ədilə Raz, Albaniyadan Beaiana Kadare, Çexiyadan Mariya Çatardova, Salvadordan Eqriselda Lopes, Eritreyadan Sofiya Tesfamariam, Qrenadadan Keişa MakQuayr, Macarıstandan Katalin Boqyay, Maldivdən Tilçeza Hüseyn, Sloveniyadan Darya Kuret iştirak ediblər.

Müzakirələri açan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) BMT-də daimi nümayəndəsi Lana Nüsseybeh qeyd edib ki, qadınlar hər bir ölkənin tərəqqisində fəal iştirak etməlidir. Bu baxımdan BMT-nin qadın səfirlərinin görüşü gələcək perspektivləri müzakirə etmək üçün yaxşı platformadır.

BMT-nin qadın səfirlərindən ibarət qrupun üzvləri BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan, Əmirliklərin digər yüksək vəzifəli şəxsləri ilə görüşüblər. Görüşlərdə qadınların sülhməramlı təşəbbüslərdə iştirakı, silahlı münaqişələrin qarşısının alınmasında rolu, habelə elm, texnologiya, mühəndislik və riyaziyyat üzrə biliklərinin daha da artırılması məsələləri müzakirə edilib.

Müzakirələrdə Böyük Britaniyanın sabiq Baş Naziri Tereza Mey də iştirak edib. Qadın səfirlər “Dubai Expo-2020”nin keçiriləcəyi pavilyonlarla da tanış olublar.

 





21.02.2020    çap et  çap et