525.Az

Azpromo İtaliya şirkəti ilə əməkdaşlıq edəcək


 

Azpromo İtaliya şirkəti ilə əməkdaşlıq edəcək<b style="color:red"></b>

Fevralın 21-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində Romada keçirilən biznes forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) ilə İtaliyanın "K-Beksport SRL" şirkəti arasında anlaşma memorandumu imzalanıb.

Azpromo-dan “APA-Economics”ə verilən məlumata görə, sənədə əsasən, tərəflər ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, Azərbaycan və İtaliya şirkətlərinin birgə iştirakı ilə investisiya təşəbbüslərinin dəstəklənməsi, habelə qarşılıqlı təlim proqramları və təcrübə mübadiləsinin təşkil edilməsində əməkdaşlıq edəcəklər.

 





21.02.2020    çap et  çap et