525.Az

İran-Türkiyə sərhəd keçid məntəqələrində koronavirusa qarşı tədbirlər gücləndirilib


 

İran-Türkiyə sərhəd keçid məntəqələrində koronavirusa qarşı tədbirlər gücləndirilib<b style="color:red"></b>

İranla Türkiyə arasındakı sərhəd keçid məntəqələrində koronavirusa (COVID-19) qarşı tədbirlər gücləndirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib. Nazir fevralın 20-dən etibarən İrandan Türkiyəyə gələn bütün şəxslərin termokameralar vasitəsilə yoxlanıldığını bildirib. Sərhəd keçid məntəqələrinə tibbi heyət yerləşdirilib.

İranın Səhiyyə naziri Səid Nəmaki ilə telefon danışığı apardığını bildirən F.Koca Türkiyə Respublikası olaraq İran xalqının yanında olduqlarını bildirib. O, qonşu dövlətə lazımi hər cür dəstəyi göstərməyə hazır olduqlarını ifadə edib.

 

 





21.02.2020    çap et  çap et