525.Az

MSK sədri Komissiya sədrlərinə xəbərdarlıq edib


 

MSK sədri Komissiya sədrlərinə xəbərdarlıq edib<b style="color:red"></b>

MSK sədri fəaliyyətində qüsurlar olan DSK sədrlərinə və məntəqə seçki komissiyalara xəbərdarlıq edib

"Növbəti seçkilərdə fəaliyyətində qüsurlar olan dairə seçki komissiyalarının, məntəqə seçki komissiyalarının sədrləri, üzvləri olmayacaqlar”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, fəaliyyətində neqativ hallara yol verən komissiya üzvləri cəzalandırılacaqlar: "Qanun pozuntularına yol verən komissiyalar buraxılacaq. Buna heç kimin şübhəsi olmasın. Artıq biz bir neçə məntəqə seçki komissiyasının fəaliyyətində baş vermiş pozuntuları araşdırırıq. Onların hər biri ilə bağlı müvafiq qərar qəbul ediləcək".

 

 





21.02.2020    çap et  çap et