525.Az

Mərdliyin profilləri (Con F.Kennedi)- davamı


 

Mərdliyin profilləri (Con F.Kennedi)- <b style="color:red">davamı</b>

İngiliscədən Telman Orucov tərcümə edib 

Müqəddimə 

Con Kvinsi Adams onun Federalist partiyaya qarşı mübarizəsi barədəki bir mətni ilk dəfə oxuyan vaxtmən Senata daxil olmamışdan çox-çox əvvəlseçici təzyiqləri ilə üzləşdikdə siyasi mərdlik problemləri ilə maraqlanmışdım. Keçmişin dövlət xadimlərinin həyatları həmin problemlərə işıq salır. Hospitalda olduğum 1954- ilin oktyabrında kürəyimdəki cərrahiyyə əməliyyatından sonra sağalmanın uzun dövrü, oxuduqlarım tədqiqatlar bu layihədən ötəri lazım olan ilk imkanı verdi.

Mən professional tarixçi deyiləm, faktların mühakimələrin bütün səhvlərinin müstəsna olaraq özümə məxsus olmasına baxmayaraq, istərdim ki, mənə bu cildi hazırlamaqda kömək edənlərin hamısına səmimi minnətdarlığımı bildirim.

Mən görkəmli amerikan institutuKonqressin Kitabxanasına xüsusi minnətdarlıq hissi ilə borcluyam. Vaşinqtonda olmadığım çox aylar ərzində, Kitabxananın Qanunvericilik zəmanəti borc vermə şöbəsi kitablar barədə mənim bütün xahişlərimi təəccübə layiq bir sürətlə nəzakətlə yerinə yetirdi. Nəşr foto şöbəsindən olan Milton Kaplan Virciniya Deyker mümkün olan illüstrasiyalar barədə təkliflərə daha çox köməklik göstərdilər. Kitabxana işçilərindən doktor Corc Qallovey xüsusən doktor Uilyam R.Tansill kitaba daxil etmək üçün nümunələrin seçilməsində mühüm yardım etdilər. Bunu həmçininNew York Timesqəzetindən olan Artur Krok Uilyam kollecindən olan Ceyms Makqreqor Börns etmişdi.

Minnesota universitetindən professor Con Bistrom, Nebraskanın keçmiş baş prokuroru S.L.Sorensen Nebraska Ştat Qanunvericiliyinin məmuru Möhtərəm (keşişə belə müraciət edilir- tərcüməçi) Huqo Srb Corc Norrisin əvvəllər nəşr edilməmiş məktubları ilə Nebraska ştat qanunvericiliyinin yararlı olan sənədləri ilə təmin olunmağıma köməklik göstərmişdilər.

Corctaun universitetindən professor Culis Deyvids bir sıra fəsillərin hazırlanmasında materiallar əldə etməkdə köməklik göstərmişdi. Bunu mənim qabiliyyətli dostum Ceyms M.Landis etmişdi, o, tarixin sirrləri barədəki vəkil konspektini gətirəndə sevinirdi.

II fəsildən X fəsilə qədər olan mətn Harvarddan olan professor Artur N.Holkombun Artur M.Şlezinger-Kiçiyin Çikaqo universitetindən olan professor Uolter Consonun tənqidi qeydləri ilə əsasən xeyli yaxşılaşdırılmışdır. Nəşr işində mənim Harper qardaşları nəşriyyatından olan Evan Tomasla əməkdaşlığım onun ilk olaraq mətni bəyənməsi, bu kitabın işıq üzü görməsini mümkün etmişdi. Əlyazmanı çap etməkdə yenidən çap etməkdə öz borcundan artıq görən Qloriya Liftmana Ceyn Donovana səylərinə görə təşəkkürümü bildirirəm.

Tədqiqatıma kömək edən Teodor K.Sorensenə materialın toplanmasında hazırlanmasında əvəzsiz yardımına görə daha çox borcluyam, bu kitab da həmin materiala əsaslanır.

Bu kitab, lap başlanğıcdan, arvadım Jaklinin ideyanı bəyənməsi, köməyi tənqidləri olmasaydı, mümkün olmayacaqdı. Bütün sağalma günlərim ərzində onun köməyini mən hətta belə adekvat qaydada etiraf edə bilmərəm.

Con F. Kennedi

1955 

    

O, yaxşı bilir ki, şəxsi düşmənçilikdən tutmuş... güman ki, populyar yanlışlığa qədər onun yolunda hansı tələlər qurulmuşdur. Lakin o, öz səbəbinə, təhlükəsizliyinə, mənafeyinə, gücünə, hətta... populyarlığına görə özünü risqə atmışdı. O, güman etdiyi səbəblərə görə böhtana məruz qalmış təhqir olunmuşdur. O, xatırlayacaqdır ki, təhqir bütün həqiqi şərəfin əmələ gəlməsində zəruri inqrediyentdir; o, xatırlayacaqdır ki, həmin böhtan təhqir zəfərin ayrılmaz hissələridir. O, uzun ömür yaşaya bilərdi. Lakin bura zirvə idi. O, bu gün etdiyini heç vaxt kölgədə qoya bilməyəcəkdir.

Edmund Börkün Şərqi İndiya Kampaniyasının tiraniyasına qarşı hücum edən Çarlz Ceyms Foks barədə tərifli sözləri.

Nümayəndələr Palatası, 1 dekabr 1783- il.

 

Mərdliyin profilləri

I

Mərdlik siyasət 

Bu, insan ləyaqətlərindən daha çox cəzbedici olan mərdlik barədəki kitabdır. Ernest Heminquey onutəzyiq altında xeyirxahlıqadlandırır. bunlar Birləşmiş Ştatların səkkiz senatoruna edilən təzyiq həmin təzyiqə bu adamların xeyirxahlıqla dözməsi haqqındakıonların öz karyeraları ilə risqlər, xəttlərinin qeyri-populyar olması, xarakterlərinə böhtan yağdırılması ancaq təkcə bəzi hallarda onların reputasiyasının prinsiplərinin kədərli qaydada reabilitasiya olunması barədəki əhvalatlardır.

Millət mərdliyinin keyfiyyətini yaddan çıxarmışdır, hansı ki, o liderlərimizin seçimində olduğu kimi keçmişdə üzərində israr edilməyən ya mükafata bənzəməyən bir qaydada ictimai həyata gətirilmişdi faktiki olaraq biz bunu unutmuşuq. Con Kvinsi Adamsın Henri Kleyin siyasi sxemi ilə necə prezident olmasını xatırlaya bilərik, lakin biz unutmuşuq ki, o, hələ gənc olanda vəd edilən Senator karyerasından millətin yanında dayanmaq naminə imtina etmişdi. Biz Deniel Uebsterin bütün karyerası boyu Milli Banka yarınmağa çalışdığını xatırlaya bilirik, ancaq onun öz karyerasına son qoyanda millətin faydası üçün özünü qurban verdiyini unutmuşuq. Biz nəinki xatırlamırıq yəqin ki, biz buna laqeyidik.

Xalq lənətləmirrubrikası altında sindikat köşə yazarı milyonlarla oxucuya çox da uzaq olmayan bir zamanda demişdi: “Görün orta götürülmüş bir Senator ya Konqressmen deyir. Səbəbinə əhəmiyyət verməyək, onlar bilirlər ki, Konqressdə sizin eşitdiyinizin 99%-i badalaq vurmaqdır, cəhalət demaqogiyadır onlara bel bağlanmamalıdır...”.

Kabinetin keçmiş üzvü öz gündəliyində xəbər verir: “ vaxt ki, mən Senatın pozulmasına könülsüz qaydada da olsa inanıram, Senatorların çox hissəsini azacıq da olsa vicdandan həqiqətdən asılı olan bir yerə qoyuram, onların çoxu kiçik işıq verir, əqli cəhətdən zəifdir bütünlüklə Senatorluğa yaramır. Bəziləri bayağı demaqoqlardır..., bəziləri öz vəzifələrini satın alan varlı adamlardır..., (bəziləri) dar intellekt, məhdud idrak adamlarıdır əvvəldən qərar verməyin aşağı səviyyəli tərəfdarlarıdır”.

Senatın keçmiş üzvü özü kolleqalarına demişdi ki, “xalqın etibarı ona ağılsız qaydada arxalanmağımıza görə, bizdən ayrı düşür”.

Senat bilir ki, çox sayda amerikanlar bu gün həmin hissləri bölüşür. Biz eşidirik ki, Senatorlar siyasətçi olmalıdırlar siyasətçilər dövlətçiliyə mərdliyə deyil, yalnız onu qalib edən səslərə qayğı bəsləməlidirlər. Analar indiyədək istəyirlər ki, onların sevimli oğlanları Prezidentliyə yüksəlsin, lakin məşhur Qellap rəy sorğusuna müvafiq olaraq, bir neçə il bundan əvvəl onlar istəmirdilər ki, oğlanları prosesdə iştirak edən siyasətçilərə çevrilsinlər.

Tənqidin cari hücumu hörmətsizlik, görən Senatın tənəzzülünün əlaməti deməkdirmi? Qətiyyən yox. Çünki yuxarıda sitat gətirilən üç bəyanatdan birincisi iyirminci əsrdə, ikincisi on doqquzuncu əsrdə, üçüncüsü isə on səkkizinci əsrdə ( vaxt ki, Senat ancaq yenicə öz yoluna düzəlmişdi, Kapitolinin harada yerləşməsini müzakirə edirdi) verilmişdi.

Bu o demək idimi ki, Senat artıq mərd adamlarla öyünə bilməz.

Uolter Lippman (XX əsrin üç ilk rübündə Birləşmiş Ştatların ən məşhur jurnalisti, naşiri yazıçısıtərcüməçi) bu yaxınlarda nəşr edilmiş kitabında yarım əsrə yaxın bundan əvvəl diqqətli müşahidəsindən sonra, siyasətçilərin seçicilərin hər ikisinə xoşagəlməyən mühakiməsini təqdim edir:

Müstəsnalar o qədər nadirdir ki, onlar təbiətin möcüzəsi şıltaqlığı kimi, təhlükəsiz qorxmaz adamlar olan uğurlu demokratik siyasətçilər kimi qiymətləndirilirdi. Onlar siyasi cəhətdən yalnız ona görə irəliləmişlər ki, sakitləşdirici, barışdırıcı, rüşvətxor, şirnikləndirilən olmaqla, öz seçicilərinin tələbkarlığı ilə seçilən hədələyən elementlərini aldatmaq üçün başqa üsullardan da istifadə edirlər. Həlledici müzakirə hansı təklifin yaxşı populyar olduğu demək deyildirgörən bu yaxşı işləyəcəkdirmi ya özünü sübut edəcəkdirmi demək deyildir, bu ancaq görən fəal danışan seçicilərin bilavasitə xoşuna gələcəkdirmi qayəsinə xidmət edir”.

On ilə yaxın müddətdən sonrauğurlu demokratik siyasətçilərinarasında yaşayandan işləyəndən sonra onların hamısınınözünə arxayın olmayan qorxudulmuşadamlar olmasına o qədər əmin deyiləm. Mən inanıram ki, ictimai işin mürəkkəbliyi ictimai diqqətə layiq olmaq uğrunda rəqabət, mərdliyinqoy bu, böyük ya kiçik olsunsaysız-hesabsız nümunələri ilə zəifləyəcəkdir, bu nümunələr demək olar ki, hər gün Senat zalında baş verəcəkdir. Mən inanıram ki, tənəzzüləgər tənəzzül baş versəsiyasət sənətinin, kompromiss tarazlıq üçün zərurətin Senatın təbiətinin, bir qanunverici palata kimi ictimai qiymətləndirilməsində olduğuna nisbətən, Senatda daha az olacaqdır. nəticədə mən inanıram ki, biz kütlənin arxasınca gedən adamları tənqid edəcəyik, həm eyni zamanda o adamları tənqid edəcəyik ki, buna açıq şəkildə tabe olmadılarçünki biz Senatorun öz seçiciləri qarşısındakı məsuliyyətini tam başa düşmür ya siyasətçinin vicdanla arzuladığı ilə, Uebsterin sözləri ilə desək, “(onun) skifini (skiflər b.e.ə. 7-ci əsrdən b.e. 3- əsrinə qədər mövcud olmuş, Şimali Qara dəniz ətrafında yaşayan HerodotunTarixkitabında geniş təsvir edilən qədim tayfadırtərcüməçi) “tənha sahildəndüşmən kəsilən coşqun dənizə atmaq üçünitələməkləüzləşdikdə, onun çətinliyini etiraf etmirik. Yəqin ki, əgər amerikan xalqı siyasi mərdliyin, çaşdırmağa sövq edən hərəkətlərlə ağır təzyiqlərə məruz qaldığını bütünlüklə dərk etsə, bunlar isə Senatoru öz vicdanından uzaqlaşmağa ya onu yatırtmağa məcbur edir, bu vaxt onlar asan yolu tutmuş adamlara daha az tənqidi yanaşmalıdırlar mərdlik cığırı ilə indiyədək getməyə qadir olanları daha çox qiymətləndirməlidirlər.

Yada düşən birinci təzyiq ümumi ictimaiyyət tərəfindən nadir hallarda nəzərə alınan təzyiq formasıdır. Amerikanlar istəyirlər ki, xoşa gəlsinlər Senatorlar da bu məsələdə istisna təşkil etmirlər. Onlar təbiət etibarilə zərurətdənsosial heyvanlardır. Biz dostluqdan, dostlarımızı kolleqalarımızı bəyənməkdən həzz alırıq. Biz, təhqirə görə tərifə, nifrətə görə populyarlığa üstünlük veririk. Vicdanlı qaydadakı üsyançı yolunun dəfələrlə tənha qaldığına əmin olduqda, biz öz qanunverici yoldaşlarımızla, klub üzvləri olan sirdaşlarımızla birgə addımlamaqdan ötəri narahat olmalıyıq, vahid müstəqil xətti tutmaq isə digər üzvləri utandıracaq qıcıqlandıracaqdır. Buna baxmayaraq, biz belə bir qərara gəlirik ki, klubdakı nüfuzumuz öz obyektlərimizə, həm seçicilərimiz olanlara çatmağa nail olmaqla onun genişlənməsi, müəyyən ölçüdə digər Senatorların bizə bəslədiyi hörmətdən asılıdır. Konqressə daxil olanda mənə demişdilər ki, “yolu birgə getmək, birgə getmək deməkdir”. Birlikdə getmək ancaq yaxşıdan daha böyük mənanı verirbu, kompromissi, mümkün olan şeylər düşüncəsini əhatə edir. Biz bütün kompromissləri pis bir əxlaq kimi çox tez məhkum etməməliyik. Siyasət qanunvericilik üçün sarsılmaz prinsiplər ya əldə edilə bilməyən ideallar yoxdur. Siyasət, Con Morleyin dərindən müşahidə etdiyi kimi, “elə bir meydandır ki, orada hərəkət bir saniyə uzunluğunda yaxşıdır oradakı seçim daim iki səhvin arasında olur həyatın demokratik yolu altında olan qanunvericilik hökumətin federal sistemi həm fərdi, həm qrup, həm onların ətrafında olanlardan hər birinin istəkləri arasındakı kompromissi tələb edir. Yaxşı tanınan şəxsiyyət olan Henri Kley demişdir ki, kompromiss Birliyi bir yerdə saxlamaq üçün sementdir.

Bütün qanunvericilik... qarşılıqlı güzəşt üzərində qurulmuşdur... Kim özünü bəşəriyyətdən, onun zəifliyindən, möhkəm olmamasından, istəklərindən, zəruri saydıqlarından yuxarı qalxırsa, əgər ona xoşdursa de ki, “mən heç vaxt kompromissə getməyəcəyəm”; lakin qoy bizim ümumi təbiətimizin kövrəkliyindən kimsə yuxarıda dayanmırsa, kompromissə laqeydlik göstərməsin”.

(Ardı var)

 





25.11.2013    çap et  çap et