525.Az

Böyük Britaniyanın Dreyk Adası 30 ildən sonra yenidən ictimaiyyətə açılacaq


 

Böyük Britaniyanın Dreyk Adası 30 ildən sonra yenidən ictimaiyyətə açılacaq<b style="color:red"></b>

Böyük Britaniyanın Dreyk Adası 30 ildən sonra yenidən ictimaiyyətə açılacaq. Adanın adı 1577-ci ildən dünya səyahətinə çıxmış admiral Frensis Dreykin adı ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, adaya ilk tur martın 15-də təşkil olunacaq.

Altı hektarlıq adada XVI əsrdən qalma qala, həbsxana, körpü və yeraltı tunellər şəbəkəsi var. 1989-cu ildən bəri ictimaiyyət üçün bağlanan ada 2019-cu ildə Morqan Filips tərəfindən alınıb.

 





21.02.2020    çap et  çap et