525.Az

Türkiyə telekanalı Xocalı soyqırımına həsr olunmuş veriliş hazırlayıb


 

Türkiyə telekanalı Xocalı soyqırımına həsr olunmuş veriliş hazırlayıb<b style="color:red"></b>

Türkiyənin “Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan ruzigarı” proqramının buhəftəki verilişi Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunacaq.

AZƏRTAC xəbər verir ki, Türkiyədə milli rəqslərimizi ifa edən həmyerlimiz Səidə Ömərin müəllifi və aparıcısı olduğu veriliş fevralın 26-da yayımlanacaq.

Verilişdə qonaq olacaq sosial elmlər üzrə ekspert, türkiyəli yazıçı Mətin Yıldırım və jurnalist Ağası Hun Məmmədli Xocalı hadisələrinin mahiyyəti, səbəbləri, faciənin acı nəticələri barədə ətraflı fikir mübadiləsi aparacaqlar.

 





22.02.2020    çap et  çap et