525.Az

Bir məntəqədə seçkinin nəticələri ləğv edilib - YENİLƏNİB


 

Bir məntəqədə seçkinin nəticələri ləğv edilib -<b style="color:red"> YENİLƏNİB</b>

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 48 saylı Yevlax Seçki Dairəsi üzrə qeydiyyata alınmış namizəd Rüfət Hacıbəylinin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

A. Muxtarova bildirib ki, R. Hacıbəyli seçki günü bu seçki dairəsi üzrə 3 və 13 saylı seçki məntəqələrində qanun pozuntularının olduğunu iddia edib və həmin məntəqələrdə seçkinin nəticələrinin ləğv olunmasını xahiş edib. MSK sosial şəbəkələrdə bu məntəqələrlə, o cümlədən 6 saylı məntəqə ilə bağlı yayılmış görüntüləri və protokolları da araşdırıb. MSK-nın araşdırması zamanı yalnız 6 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi üzə çıxıb, 3 və 13 saylı seçki məntəqələrində isə pozuntular aşkarlanmayıb.

MSK 48 saylı Yevlax Seçki Dairəsi üzrə 6 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib.

 





22.02.2020    çap et  çap et