525.Az

Bu dünyadan qaçan Kürən Dələnin nağılı (“Nağıllar” silsiləsindən)


 

Bu dünyadan qaçan Kürən Dələnin nağılı <b style="color:red"> (“Nağıllar” silsiləsindən)</b>

Kürən Dələ şam ağacından yerə enib, arxa ayaqları üstə dikəldi, o tərəf-bu tərəfə baxdıgünün bu çağında, yəni günorta vaxtı bu yerlərdə həmişə sakitlik olurdu indi həmişəki sakitlik idi. Dələlər Şam Zolağındakı yuvalarında istirahət edirdi, insanlar da yaşadıqları koteclərdə dincəlirdi, ancaq Kürən Dələ daha bunun ümumiyyətlə, heç nəyin fərqində deyildi.

Hər şey bitmişdi.

     lll

Bu İstirahət Mərkəzi salınanda koteclər şam ağacları ilə dənizin arasında, qayaların üstündə tikilmişdi indi ucalıb qartlaşmış o şam ağaclarını da insanlar elə o zaman – 45-50 il bundan əvvəlzolaq kimi yan-yana əkmişdilər.

Dələlər bura hardan gəlmişdilər? necə gəlmişdilər? – bunu heç Dünya Görmüş Qoca Nənə bilmirdi. Bəlkə insanlar özləri dələləri hansı diyarlardansa tutub, gətirib, bu Şam Zolağına buraxmışdılar?

Gerçəklik isə bu idi ki, dələlər artıq neçə illərdi bu Şam Zolağında yaşayırdılar, bu ağaclar neçə-neçə dələ nəsli görmüşdü, neçə-neçə dələ taleyinin şahidi olmuşdu.

Kürən Dələ fikrindən keçən bu sözləri – “dələ taleyisözlərini bir təkrar edib özü-özünə sual verdi: “Dələ taleyi?”

Bəyəm bu yerlərdə dələ taleyi var? Bu yerlərdə dələ taleləri bir-birinin eyni deyildimi? Bütün ömrünü ancaq bu Şam Zolağında keçirmək, hər gün eyni kotecləri görmək, dənizin eyni səsini eşitmək, qonşu yuvalardakı dələlərin eyni söz-söhbətinin şahidi olmaq, səhər-axşam, yay-qış bu eyni ağacların eyni təmli qozaları ilə qarın doyuzdurmaq, bala doğmaq, böyütmək, sonra yenə bala doğmaq, yenə böyütməkbütün bu eyniyyətə tale demək olardı?

Kürən Dələ arxa ayaqları üstə dikəlib bütün bunları fikirləşə-fikirləşə bu Şam Zolağına da, öz yuvasına da, özünə bir tərəfdən yazığı gəlirdi, o biri tərəfdən ... nifrət edirdi.

lll

     O Şam Zolağından dəniz aydın görünürdü, ancaq dələlər o Zolaqdakı eyniliyə elə öyrənmişdilər ki, ağacdan yerəağacın dibiə enib, sonra təzədən yuxarı qalxmaqdan, axşamlar hərdən bir-birinin yuvasına qonaq getməkdən, bir ki, payızın yaxşı yağışlarından sonra bitmiş göbələkləri tapmaq üçün yaxın ətrafı axtarmaqdan başqa heç hara, o cümlədən dəniz kənarına getmirdilər. Kürən Dələ bütün ömründə ancaq bir dəfə dəniz kənarına getmişdiuşaq vaxtı Dünya Görmüş Qoca Nənə onları dəniz kənarına gəzməyə aparmışdı.

Kürən Dələ atıla-atıla dənizə tərəf getdi.

Kürən Dələ Şam Zolağından dənizə doğru uzaqlaşdıqca, birdən-birə, elə bil, təkcə onun yuvasındakı balaları, təkcə ətraf budaqlardakı qohum-qonşu yox, bütün o Şam Zolağı onu geri səslədi; elə bil, Şam Zolağı hiss edirdi ki, bu ayrılıq əbədi ayrılıqdır.

Şam Zolağı bir maqnit dalğası ilə onu arxayaözünə tərəf çəkirdi.

Ancaq Kürən Dələ bilirdi ki, geri qayıtsa, bir heç vaxt bu yerlərdən uzaqlaşa bilməyəcək.

Kürən Dələ daha da sürətlə atıla-atıla qayalıqdan keçib dəniz kənarına endi.

lll

Kürən Dələ koteclərdə yaşayan insanların danışıqlarına, hərəkətlərinə öyrənmişdi Kürən Dələ üçün o insanlar da bu şam ağacları, bu daş koteclər kimi bütün bu tərəflərdəki eyniliyin bir hissəsinə çevrilmişdi. Kürən Dələ üçün o insanların sifətləri eyniləşmişdi, insan üçün bir dələnin o biri dələdən fərqi olmadığı kimi, Kürən Dələ üçün geyimlərindən, ya da yaşlarından asılı olmayaraq o insanlar bir-birinin təkrarı idi.

Kürən Dələnin insanlara münasibəti tamam bir biganəlik içində idi yaxşı, pis. Yayda, qışda insanlar bir-birini əvəz edirdi, bəzən bir kotecdə bir nəfər, bəzən beş nəfər yaşayırdı, ancaq bunun Kürən Dələ üçün heç bir fərqi yox idi.

İnsanların yeganə bir cəhəti onun üçün maraqlı idi Kürən Dələ insanların yalnız bu cəhətinə qibtə edirdi: onlar bəzən tək, bəzən ailə ilə koteclərinin qarşısında saxladıqları maşınlara minib gedirdilər. Bu zaman Kürən Dələ ağacların təpəsinəcən qalxıb o maşınların ardınca baxırdı o maşınlar gözdən itdikdən sonra da bir müddət gözlərini yola dikirdi.

Haralara?

O maşınlar haralara gedirdi?

Hansı naməlum diyarlara?

Şam Zolağında yaşayan dələlər Kürən Dələnin bu xasiyyətinə lağ edirdilər, ancaq Kürən Dələ onlara başa sala bilərdi?

lll

Kürən Dələ hələ lap balaca olanda təyyarələr gurultu qopara-qopara onların yuvasının üstündən uçub gedirdi o zaman Dünya Görmüş Qoca Nənə deyirdi:

Qoxmayın. Onların içində insanlar uçub gedirlər.

Kürən dələ:

Hara?- soruşurdu.-  İnsanlar hara uçurlar?

Dünya Görmüş Qoca Nənə çiyinlərini çəkib:

Bilmirəm...- deyirdi.- Harasa... Naməlum bir yerə...

Onda Kürən Dələ heyrət içində fikirləşirdi ki, Dünya Görmüş Qoca Nənənin tanıyıb bilmədiyi yerlər var...

Xeyli sonralarKürən Dələ özü nənə olandan sonrahər dəfə başını qaldırıb göy üzü ilə uçub gedən təyyarələrə baxırdı o təyyarələrin sürəti, hündürlüyü gurultusu hər dəfə onun, yəni Kürən Dələnin sakit həyatının misgin yeknəsəqliyindən xəbər verirdi.

lll

Bəzən hansısa kotecdə yaşayan insanlarYa Allah!..” deyib, maşınlarına minərək gedirdilər növbəti insanlar gələnəcən o kotec boş qalırdı.

İnsanlarYa Allah!” deyirdilər, ancaq kotecin qarşısında əkilmiş gülləri yadlarından çıxarırdılar o güllər buradakı işçilərin ümidinə qalırdı. İşçilər isə, bir görürdün, bir gündə güllərə üç dəfə su verdilərgüllər az qalırdı, boğulsunsonra da beş gün yadlarından çıxdı, su vermədilər güllər susuzluqdan quruyurdular.

Buna görə o güllər insanları aparıb-gətirən maşınlara nifrət edirdilər Kürən Dələ çox həssas olduğu üçün bunu bilirdi, görürdü ki, güllər o maşınlara necə kin-küdurətlə baxırlar.

Ancaq maşınların təqsiri var idi?

Ya Allah!” deyən maşınlar deyildi ki.

güllərin o kin-küdurəti Kürən Dələnin içinə dolmuş get-gedə artan, artıq onun içinə sığışmayan marağa heç vəchlə təsir etmirdi.

lll

Kürən Dələ qayalıqdan enib, nəm qumun üstüylə lap sahilə gəldi.

O da bütün dələlər kimi itdən, həmişə pusquda dayanan pişikdən, hərdən, xüsusən qış vaxtları gecələr buralara baş çəkən tülküdən, tez-tez şam zolağının üstündə dövrə vuran bayquşdan qorxurdu, ancaq qəribə idi, indi o qorxudan əsər-əlamət yox idi. Külək əsdiyi üçün, sahil bomboş idi Kürən Dələ bu boş sahildə bayquş üçün , pişik üçün yaxşı şikar idi, amma o bunun da fərqində deyildi.

Get-gedə bərkiyən gülək ləpələri şappıltı ilə sahilə çırpırdı, dənizin üzü yavaş-yavaş ağappaq köpüyə bürünürdü, ancaq o dəm Kürən Dələ o küləyi hiss edirdi, sahilə çırpılan o ləpələrin səsini eşidirdi. Kürən Dələ arxa ayaqları üstə dikəlib, gözlərini uzaq üfüqə zilləmişdi dənizin bu dərəcədə böyüklüyü, elə bil, onun ürəyindəki sıxıntıya bir hüzn gətirirdi, onun bütün varlığını bürümüş o qüssənin əlacsız olduğunu göstərirdi.

Sonra Kürən Dələ arxayaqayalığın üstündə görünən Şam Zolağına tərəf baxmadan sahil boyu atıla-atıla bu yerlərdən uzaqlaşdı.

lll

Hətta ən kiçik canlıların da böyük sirli həyatları var idi Kürən Dələ xüsusən son zamanlar tez-tez gündüz, axşam, hətta gecələrŞam Zolağında yaşayan bütün dələlərin yatdığı bir vaxtda da həşəratları müşahidə edirdi.

 Təkcə elə Kürən Dələnin yuvası qurulmuş şamda minlərlə, bəlkə milyonlarla cürbəcür həşərat yaşayırdı o həşəratların bir qisminin gündüz hyatı, bir qisminin gecə həyatı var idi. Şam Zolağında yaşayan dələlər ac olanda o həşəratları da yeyirdilər, ancaq dələlər qədər ac olsalar da, o həşəratı yeyib qurtarmaq mümkün deyildi. Bu həşəratların çoxluğu onların kiçikliyini, köməksizliyini müdafiə edirdi. Kürən Dələ həşəratları müşahidə etdikcə, onların istəklərinin, çəkdikləri zəhmətin, rastlaşdıqları faciələrin, başlarına gələn macəraların, onların sevincinin, mübarizəsinin şahidi olduqca fikirləşirdi ki, heç bir dələnin xəbəri yoxdur, ancaq bu həşəratların həyatı onların, yəni bu Şam Zolağından başqa bir yeri tanımayan, səhərdən axşamacan qoza çırtlayıb yeyən, nəsil artırmaqla məşqul olan dələlərin həyatından qat-qat maraqlıdır.

Bəzən həşəratlar ağacdakı yuvalarından çıxıb başqa ağaca köçürdülər, bəzən isə, eləcə, sürü ilə yerə enib, ya da eləcə sürü ilə uçub, ümumiyyətlə, bu yerlərdən uzaqlaşırdılar, haralarda isə yeni-yeni məsgənlər salırdılar.

lll

Kürən Dələ qayalıqların üstü ilə yuxarı atıla-atıla bu yerlərdən uzaqlaşırdı, Şam Zolağı artıq uzaqlarda qalmışdı Kürən Dələ arxaya baxmadan eləcə üzüyuxarı atıla-atıla gedirdi.

Ən başlıcası isə bu idi ki, Kürən Dələ hara getdiyini bilmirdi.

Yavaş-yavaş axşam düşürdü.

Qayalıq da arxada qaldı.

Qayalıqdan sonra dağ ətəyi gəlirdi Kürən Dələ gəlib o dağ ətəyinə çıxdı.

Yavaş-yavaş düşən qaranlıq bütün bu tərəfləri bürüyürdü, ancaq Kürən Dələ bu qaranlıq içində heç nədən qorxmadı. Hətta gülümsəyib fikirləşdi ki, əcəb yol boyu heç nəyə rast gəlməyib, indiyə qədər sağ qalıb...

Kürən Dələ, eləcə, atıla-atıla naməlumluq yolçuluğuna davam etdi.

lll

Artıq gecə düşmüşdüaydınlıq bir gecə idi göydəki aydan ulduzlardan başqa bu yerlərdə heç Kürən Dələyə tanış deyildi. Ancaq əslində, bu qədər ulduz da görməmişdi, burda göy üzündə milyonlarla ulduz var idi Şam Zolağının üstündə heç vaxt bu qədər ulduz olmamışdı.

Kürən Dələ anasını çox sevirdi anası vəfat etdikdən sonra da onu tez-tez xatırlayırdı.

İndi Kürən Dələnin bütün əzələləri , barmaqlarının dırnaqları da ağrıyırdı, çünki bütün ömrünü budaqdan-budağa atlanmaqla keçirən hansı dələ qayaların üstü ilə bu qədər yol getmişdi? Otluqda oturub nəfəsini dərən Kürən Dələ bunu da öz-özünə gülümsəyib fikiləşdi nədənsə, elə bu dəm anasını xatırladı.

Ancaq birdən-birə qəddar bir fikir Kürən Dələnin bütün varlığını sarsıtdı o gecə yarısı Kürən Dələ bu fikri heç cürə qovub beynindən çıxara bilmədi. Kürən Dələ fikirləşirdi ki, ana məhəbbəti, yəni ananın balasına, balanın da anasına məhəbbəti, əslində, dələlərin həyatını eynilik bataqlığınada saxlamaq üçün bir vasitədir; həmin vasitəo ana-bala məhəbbətidələlərin həyatını bataqlıq kimi özünə çəkib içində saxlayır.

Bu vaxt yuvada qoyub gəldiyi balaları Kürən Dələnin yadına düşdü onun içində gerio Şam Zolağına, oradakı yuvasına qayıtmaq ehtirası baş qaldırdı. Ancaq Kürən Dələ bütün varlığı ilə içində baş qaldırmış bu ehtirası boğmağı bacardı.

Kürən Dələ başa düşürdü ki, içində baş qaldırmış bu ehtirası boğmaqla balalarına xəyanət edir, ancaq Kürən Dələ burasını da bütün varlığı ilə hiss edirdi ki, qayıtsabu da başqa bir xəyanət olacaq.

O aydınlıq gecədə Kürən Dələ ürəyi çırpına-çırpına fikirləşirdi ki, başqa bir xəyanətyəni ?

idi başqa bir xəyanət?

Nəyə xəyanət edəcəkdi?

Kürən Dələ bütün hissi, düşüncəsi ilə belə bir xəyanətin varlığına, mövcudluğuna əmin idi, ancaq bu sualın danəyə xəyanət idi? – cavabını heç cürə tapa bilmirdi.

Sonra fikirləşdi ki, bu sualın cavabını yalnız hiss etmək mümkündü bunu hiss etmək üçün bütün ömrünü Şam Zolağında yaşamalısan.

lll                                 

Hələ səhər açılmamışdı qaranlıq içində soyuq bir külək əsməyə başlamışdı.

Külək yuxarılardan əsirdi Kürən Dələ atıla-atıla üzüküləyə gedirdi ki, səmti dəyişməsin, yolu azmasın.

Ancaq hansı yolu? Hansı səmti?

O aydınlıq gecədən əsər-əlamət qalmamışdı.

Hərdən gecələr hər tərəfi beləcə qatı qaranlıq bürüyəndə Dünya Görmüş Qoca Nənə onları bayquşla qorxudurdu, amma özü tapıb yediyi, bəzən yuvaya gətirdiyi kərtənkələ, ilan yumurtaları ilə bərabər, neçə dəfə bayquş yumurtası qaçırmışdı. Bir dəfə Dünya Görmüş Qoca Nənə yuvadan yerə düşmüş bayquş balasını iti dişləri ilə diri-diri yemişdi.

Onda sübh tezdən idi Kürən Dələ yuxudan təzəcə durmuşdu, yuvalarının dəliyindən eşiyə baxırdı. Şam Zolağı ilə üzbəüz koteclərdən birinin yanında ağaclıq var idi dələlər bilirdilər ki, o ağaclıqda iki bayquş ailəsi yuva qurub. Dünya Görmüş Qoca Nənə pusub, o bayquşlar yuvada olmayanda, bir neçə dəfə oradan yumurta qaçırmışdı.

O sübh çağı həmin ağaclardan birinin dibinə yuvasından bir bayquş balası düşmüşdü Dünya Görmüş Qoca Nənə yerə enib, atıla-atıla qaçaraq hələ tükü çıxmamış o ətcə bayquş balasını qamarladı, iti dişləri ilə onu diri-diri tələm-tələsik yeməyə başladı.

Həmin gündən sonra Kürən Dələ gecələr yatanda qorxurdu ki, Dünya Görmüş Qoca Nənə onu da yeyər, ancaq bir müddətdən sonra bu qorxu hissi keçib getdi, çünki o Şam Zolağında yaşamağa məhkum olan Kürən Dələ böyüdü, onun özünün balaları oldu.

lll

Qar yağmağa başlamışdı.

Qış vaxtı Şam Zolağına da hərdən qar yağardı, ancaq o Şam Zolağındakı qardan fərqli olaraq, indi gəlib çıxdığı o dağ döşünə yağan bu qar Kürən Dələni üşütmürdü.

Kürən Dələ acmışdı, ancaq onun içində şam qozalarına o qədər nifrət yığılmışdı ki, onların təmini yadına salanda, elə bil, aclığı keçirdi.

Külək qarı Kürən Dələnin sifətinə çırpırdı o, gözlərini yumub irəli gedirdi, ancaq bir müddətdən sonra külək yavaşıdı, qar da kəsdi.

Kürən Dələ dayandı, amma gözlərini açmadı eləcə, gözüyumulu, ürəyinin döyüntüsünə qulaq asdı, hətta ona elə gəldi ki, bu uzun səfər həyatda yox, yuxuda baş verir, sonra daha heç fikirləşmədi, çünki birdən-birə doğrudan da onu yuxu apardı.

lll

Kürən Dələ gözlərini açanda artıq səhər idi gözlərini açan anda da indiyə qədər heç vaxt hiss etmədiyi bir heyrət Kürən Dələnin bütün varlığını bürüdü: bura geniş dümdüz bir yamac idi bu yamac başdan-başa ağappaq qara bürünmüşdü.

Təzəcə doğan günəşin şüaları hər tərəfi bürümüş qarın dənələrini bir-bir parıldadırdı gözlərinin qarşısındakı bu qəfil ağlıq, qar dənələrinin günəş şüaları altında bir-biri ilə oynayan bu işıltısı, elə bil, Kürən Dələni çəkib, bir möcüzənin içinə salmışdı Kürən Dələ o möcüzənin içində heyrətdən heyranlıqdan böyümüş gözləri ilə o doğan günəşə baxırdı.

O, indiyə qədər həmişə günəşin doğmağını özünün yumru qaranlıq yuvasının dəliyindən qarşılamışdı.

İndi hara gəlib çıxmışdı?

Dünya Görmüş Qoca Nənə danışırdı ki, haradasa, uzaq-uzaq ellərdə dələlər yaşayır bura bəlkə o dələləri vətəni idi? Bəs onlar harada yaşayırdılar, yeyirdilər, axı burada bir dənə olsun ağac yox idi?

Buralardan dələ iyi gəlmirdi.

Buralarda ağappaq qar kimi tərtəmiz havadan bir qarşıda görünən qarlı zirvədən başqa heç yox idi.

Dünya Görmüş Qoca Nənə bunu da deyirdi ki, dələlər öləndən sonra o biri dünyaya köçürlər o biri  dünya ləkə götürmür, ona görə ağappaqdır.

Bu elə bir ağlıq idi ki, Kürən Dələ heç Dünya Görmüş Qoca Nənəni xatırlamaq istəmirdi. üçün? Ona görə ki, buralar ləkə götürmür?

Bəlkə Kürən Dələ doğrudan da o biri dünyaya gəlib çıxmışdı? Bu necə ola bilərdi? Axı onun ürəyi döyünürdü, o sağ idi.

Kürən Dələnin hamıdan gizlətdiyi bir sirri var idi: onun ilk məhəbbəti. Kürən Dələnin ürəyinə hopmuş o ilk məhəbbətdən dünyada heç bir dələnin xəbəri yox idi, hətta o ilk məhəbbətin qəhrəmanının özünün bundan xəbəri yox idi xeyli sonralar xəstələnib dünyadan vaxtsız köçdüyü günəcən bundan xəbəri olmadı.

Kürən Dələ Şam Zolağında ürəyinin qısılan çağlarında hərdən o ilk məhəbbəti xatırlayırdı bu xatirələrin istisi onun hisslərinə bir hərarət gətirirdi o qüssə həmin hərarət içində əriyirdi. O hərarət qısa bir müddət onun içində qalırdı, sonra yenə bir-birinin eyni olan günlərin qüssəsi Kürən Dələnin varlığını bürüyürdü.

Bu ağappaq qar parıltısı ilə üzbəüz dayanmış Kürən Dələ burada da birdən-birə o ilk məhəbbəti xatırladı birdən-birə dərk etdi ki, bütün bu ilk məhəbbət xatirələri , əslində, tamam boş mənasız bir şeydir, bu ağlığı, bu qar parıltısını Şam Zolağında yaşayan dələlərdən gizlətmək üçün uydurulmuş bir yalandır.

Bu ağlıq da, bu parıltı da bir naməlumluğa bürünmüşdü Kürən Dələ bütün varlığı ilə əmin idi ki, bir sirryalan deyil.

Kürən Dələ atıla-atıla irəlio sirrə doğru getdi.

lll

Şam Zolağında yaşayan dələlər mat qalmışdılar: Kürən Dələ qəflətən hara yox olmuşdu?

Hərə bir söz danışırdı.

Biri deyirdi onu bayquş aparıb, o biri deyirdi ki, yox, pişik pusqusuna düşüb, o biri deyirdi ki, tülküylə rastlaşıb.

Kürən Dələnin həmişəlik səfəri o Şam Zolağında yaşayan dələlərin heç birinin ağlına gəlmirdi.

13 avqust 2011.

Tuqrut rəis. Bodrum

 





25.11.2013    çap et  çap et