525.Az

Gürcüstan XİN vətəndaşlara koronavirusla əlaqədar İrana səfər etməməyi tövsiyə edib


 

Gürcüstan XİN vətəndaşlara koronavirusla əlaqədar İrana səfər etməməyi tövsiyə edib<b style="color:red"></b>

Gürcüsan Xarici İşlər Nazirliyi (XİN)  ölkə vətəndaşlarına İranda yeni tip koronavirus (Covid-19) yayılması ilə əlaqədar bu ölkəyə səfərdən imtina etməyi tövsiyə edib.

APA-nın xəbərinə görə, bu barədə məlumat bu gün Gürcüstan XİN-nin saytında yerləşdirilib.

Gürcüstan XİN bildirir ki, İranda koronavirus fevralın 19-da aşkarlanıb, ölkədə 28 nəfər bu xəstəliyə yoluxub, 6 nəfər ölüb: “Vəziyyəti nəzərə alaraq, İrana səfərlərdən imtina etməyi xahiş edirik”.

Gürcüstan XİN ölkənin İrandakı səfirliyində “qaynar xətt” yaradıldığını da nəzərə çatdırıb.

 





23.02.2020    çap et  çap et