525.Az

Baş konsul: Türkiyə-İran sərhədində baş verən zəlzələdə zərər çəkən vətəndaşımız yoxdur


 

Baş konsul: Türkiyə-İran sərhədində baş verən zəlzələdə zərər çəkən vətəndaşımız yoxdur<b style="color:red"></b>

Azərbaycanın Qars şəhərindəki Baş konsulluğu bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ ilə bağlı aidiyyəti qaydada məlumatlar almaqdadır.

Qarsdakı Baş konsulumuz Nuru Quliyev AZƏRTAC-a bildirib ki, bu vaxtadək təbii fəlakət bölgəsində ölən və yaralananlar arasında Azərbaycan Respublikasının vətəndaşı olması barədə heç bir məlumat daxil olmayıb. Baş konsulluq hadisənin bütün məqamları ilə bağlı yerli hakimiyyət orqanları ilə sıx təmasdadır.
Qeyd edək ki, bu yeraltı təkan nəticəsində Türkiyənin Van şəhərinin Başqala rayonunda dağıntılar altında qalan 3-ü uşaq olmaqla 8 nəfər ölüb, 21 nəfər yaralanıb. Dağıntılar arasında xilasetmə işləri davam etdirilir.

 





23.02.2020    çap et  çap et