525.Az

Əfqanıstan koronavirusla əlaqədar İranla əlaqələri dayandırıb


 

Əfqanıstan koronavirusla əlaqədar İranla əlaqələri dayandırıb<b style="color:red"></b>

Əfqanıstan koronavirusla əlaqədar İranla nəqliyyat əlaqələrini müvəqqəti dayandırıb.

APA-nın “Tolo News” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Əfqanıstan Prezidentinin Milli Təhlükəsizlik üzrə  müşavirinin sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

Əfqanıstan virus təhlükəsi ilə bağlı İranla yerüstü, o cümlədən hava nəqliyyatının dayandırılmasına qərar verib. Əfqanıstan İran və Pakistandan toyuq və yumurta idxalına da müvəqqəti qadağa qoyub.

İranın bu ölkədəki konsulluğu da koronavirusla bağlı vəziyyətin kəskinləşməsi ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandırıb.

Qeyd edək ki, indiyə qədər İranda 43 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb. İlk yoluxma halı Qum şəhərində qeydə alınıb.

 





23.02.2020    çap et  çap et