525.Az

Prezidentin köməkçisi: “Ermənistanın yalanları ifşa edildi"


 

Prezidentin köməkçisi: “Ermənistanın yalanları ifşa edildi"<b style="color:red"></b>

“Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti ilə Ermənistanın Baş Naziri arasında debat təşkil olundu. Hər bir vətəndaşımız və dünya ictimaiyyəti canlı yayımlanan bu debat çərçivəsində Ermənistanın ifşası və xüsusən də Paşinyanın özünü utanc vəziyyətinə salmasının bir daha şahidi oldu”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Burada ümumiyyətlə Ermənistanın münaqişənin həlli ilə əlaqədar irəli sürdüyü əsassız iradların və yalanların tamamilə ifşa olunmasının şahidi olduq. Ermənistanın Baş Naziri özünün biabırçı və utanc formada təqdimatından sonra indi Ermənistana qayıdaraq müxtəlif cəfəng və tamamilə əsassız fikirlərlə özünə bəraət qazandırmağa çalışır. Ermənistan ictimaiyyəti, Ermənistanın ictimai siyasi xadimləri bu məsələyə öz münasibətlərini bildirdilər və Paşinyanın timsalında Münhen Təhlükəsizlik Konfransında utanc yaşamalarını ifadə etdilər. Bu özlüyündə bir daha göstərdi ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın qətiyyətli, birmənalı və münaqişənin həlli ilə əlaqədar ədalətli mövqeyi əsaslı bir şəkildə Münhen Təhlükəsizlik Konfransı kimi mötəbər və vacib bir tədbirin tribunasından istifadə edilərək dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Beynəlxalq ictimaiyyət bir daha şahid oldu ki, Ermənistanın münaqişə ilə əlaqədar baxışları tamamilə destruktiv xarakter daşıyır, Ermənistanın məqsədi yalnız işğala əsaslanan status-kvonu saxlamaqdan ibarətdir. Həmçinin Ermənistanın iddia etdiyi tezislər yalandan başqa bir şey deyil. İndi də onlar özlərinin bu cəfəng fikirlərinə haqq qazandırmaq üçün uğursuz cəhdlər edirlər”, - deyə H. Hacıyev vurğulayıb.

 





24.02.2020    çap et  çap et