525.Az

"Xocalının beynəlxalq müstəvidə soyqırım kimi tanınması əsas məqsəddir"


 

"Xocalının beynəlxalq müstəvidə soyqırım kimi tanınması əsas məqsəddir"<b style="color:red"></b>

“Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə təqdim olunması və onun soyqırım aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, əsas məqsəd Xocalının beynəlxalq məhkəmələr müstəvisində soyqırım kimi tanınmasına nail olmaqdır: "Azərbaycan xalqı Xocalı faciəsinin 28-ci ildönümünü qeyd edir. Xocalı faciəsi xalqımızın ağrılı yarasıdır. Azərbaycan xalqı Xocalı qurbanlarının xatirəsini öz yaddaşında saxlayır və böyük ehtiramla yad edir.

Bu gün Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə təqdim olunması və onun soyqırım aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir. Çox müsbət haldır ki, 10-dan artıq ölkənin parlamentləri və bir çox ölkənin yerli qanunverici orqanları səviyyəsində Xocalı insanlıq əleyhinə cinayət və soyqırım aktı kimi qəbul edilib. Əsas məqsədimiz beynəlxalq məhkəmələr müstəvisində Xocalının soyqırım kimi tanıdılmasına nail olunmasıdır ki, bu prosesdə də ictimai məlumatlandırma, Xocalıya ədalət kampaniyası, vətəndaş cəmiyyəti təşkilatlarımızın fəaliyyəti, diplomatik nümayəndəliklərimizin və diaspora təşkilatlarımızın fəaliyyəti çox önəmli xarakter daşıyır”.

 

 





24.02.2020    çap et  çap et