525.Az

İslamda din-dövlət münasibətləri mövzusunda yığcam mülahizələr


 

İslamda din-dövlət münasibətləri mövzusunda yığcam mülahizələr<b style="color:red"></b>

Seymur TAĞIYEV
Zərdab rayonu

 

İstər din, istərsə    dövlət  anlayışları   insanla bağlı, onunla var  olan, onsuz varlığı  düşünülməyən anlayışlardır. Din   dövlətin, fərd    toplum olaraq  insanla əlaqəsinə nəzər  yetirsək  bir  yandan insanın   tamamladığı, digər yandan insanı  tamamlayan, şəkilləndirən  bu  iki  anlayışın bir-birindən ayrı, müstəqil olaraq varlıq işləkliklərini davam  etdirib-etdirməyəcəklərinə baxsaq,  neçə vaxtdan bəri  bu mövzuda təhlil münaqişə aparan iki əsas qrup görərik.

a) Fərd toplum olaraq insan həyatında, insan əlaqələrində din ilə dövlətin  bir-birindən ayrıla biləcəyini, ayrılmalı olduğunu (laisizmi, sekulyarizmi) müdafiə edənlər.

 b) Din axirət işləri (inanc, ibadət, əxlaq) ilə dünya işlərinin(hüquqi, siyasi, iqtisadi, sosial) insan həyatında bir-birindən ayrılmasının mümkün olmadığını ayırılmaması gərəkdiyini  müdafiə edənlər (dinçilər, mühafizəkarlar).

İslam dünyasında bu iki qrupun təmsilçilərinin, yaxud Qərbdə mövzunu İslam dini baxımından araşdıranların  referansları eynidir.

İslam dininin  başlanğıcından  müasir əsrə qədər İslam tarixini tədqiq edəcək olsaq, İslam dövlətinin  dindən  ayrılmadığını  dinin, dövlətin  ən baş dayanağı olduğunu görürük. Qədimdə alimlər din işlərini  tənzim  edən hökmlər arasında ayrıseçkilik etməmişlər, onların  hamısına "şəriət hökmləri" adını vermişdilər. Dini,  hüquqi ya idari  işlərə aid olan hökmlər  arasında fərq yoxdur. Bütün bu hökmlər, şəxslər üçün  dəyişdirmə ehtimalı  olmayan  bağlayıcı  hökmlər olaraq  qəbul  edilməkdə, insanlar  onları öz rizaları  ilə tətbiq etməkdədilər. Din dövlətin ayrılığını istəyən  fikirlər bizə yaddır, Avropadan idxal edilmişdir, eynən əşya idxalı kimi. Daha sonra, yayıldı bəziləri onun doğuşu qaynağını araşdırmadan onu mənimsədilər. Bu fikir, çox qədimlərdən başlamış, Roma dövləti zamanında, hüquqi ictimai baxımdan zirvəyə çatmışdır. Xristianlıq, mənəviyyatdan tamamən uzaqlaşmış  insanın ruhi tərəfini təmizləmək üçün gəlmişdir. Bu səbəblə Hz. İsa mücərrəd  prinsip olaraq, bəzi adət vərdişlərdə boğulan bu toplumun əxlaqını təmizləməyə çağırmışdır. Xristianlıq yayıldıqdan sonra, bu din ondan çıxan doğruluq təmizliyə dəvət edən ruhaniyyət  əxlaq prinsiplərinin təkbaşına sosial həyatı tam olaraq düzənləməyə əlverişli olmadığını avropalılar gördü beləcə din dövlət ayrılığı fikri ortaya çıxdı. Bu fikirlərin ortaya çıxmasını yaradan faktlardan biri, kilsə kilsə adamlarının, özlərinə kralların iqtidarından əksik olmayan iqtidar almalarıdır. İdarəçilər dini, iqtidarlarına qarşı çıxan ya kilsə iqtidarını tənqid edən hər şeydə məşhur bir qılınc halına gətirmişdilər beləcə din ilə xalq arasındakı boşluq genişlənmişdir.

  Şübhə yoxdur ki, İslam metod baxımından xristianlıqdan fərqlidir. Bildiyiniz kimi, İslamiyyət din nizamdır hüququ, həyatın inanc, ibadət düzənləmə olaraq bütün tərəflərini ələ almışdır. Bu səbəblə İslamiyyətin xristianlıqla bu baxımdan fərqləndirilməsi, təməllərinin fərqli olmasıyla mümkün deyildir. Xristianlıq tarixi bəzi əsrlərdə dünyəvi iqtidara bağlanmış, azadlıqları boğmaq üçün kilsə iqtidarından kömək alan hala gəlmişdir. İslam isə tarixi boyunca iqtidarın qarşısında insanların istifadə etdiyi bir yalın qılınc olmuşdur.

İstər türk istərsə qeyri-türk millətlərin qurduğu dövlət quruluşlarda görülən işlər, İslamda din-dövlət əlaqəsini bəlirləməkdə qaynaq olaraq istifadə edilmişdir. Bu dövlətlərin dünyəvi xarakterli olduğunu irəli sürənlər örfi hüquq, başçının səlahiyyəti, din vicdan azadlığından hərəkət etməklə bu nəticəyə gəlmişdilər. Onlara görə:

 a) Örfi hüquq: Örf, adət, ənənə qanunnamələrə dayanan örfi hüquq şəriətdən müstəqildir. İdarəçilər bu hüquq çərçivəsində qanunnamələr çıxarmış, vergilər qoymuş, məhkəmələr qurmuşdular. Bütün bunlar edilərkən şəriətə istinad edilməmiş, şəriətin bu işlərə qarışmadığı inanc prinsipindən hərəkət edilmişdir.

b) Bütün idarəçilər - ünvanı xəlifə olsun, hökmdar olsun, sultan olsun -məsləhəti əsas götürmüş, bu səlahiyyəti səltənət hüququndan aldıqlarını irəli sürmüşdülər.

s) Qurani-Kərimdə "Dində zor basqı yoxdur. Artıq haqq ilə batil açığa çıxmışdır, o halda kim saxta tanrıları rədd edib Allaha inanırsa... (düzgün yoldadır) " buyurulmaqdadır. Əgər dövlət dinə bağlı olsaydı, təbəənin bu dinə mənsub adamlardan olması gərəkirdi. İslamda dövlətin siyasətin dindən ayrı ola bilməyəcəyini, dini təlimatın xaricə çıxa bilməyəcəyini irəli sürənlər yuxarıdakı iddialara cavabı verməkdədirlər.

İnsanların dünya həyatını təşkil edən qaydalar, sosial, siyasi, hüquqi iqtisadi qurumlar, əlaqələr dayanmadan dəyişir, bu dəyişim insan təbiətinin əvəzedilməz bir dəyəridir. Bu gün bütün müasir dövlətlərin konstitusiyalarında yer almış, insanlar tərəfindən vazkeçilməz olaraq qəbul edilmiş təməl haqq azadlıqlar vardır.  Qayda qanunların, insan həyatına, mədəniyyətinə paralel olaraq durmadan dəyişdiyi bir gerçəkdir. Bunları özündə cəmləşdirməyən bir dinin dövlət siyasət həyatına hakim olması düşünülə bilməz. Bir başqa gerçək tarix boyunca müsəlmanlarda dəyişmədən gələn bir çox inanc, düşüncə, duyğu dəyərlərin olmasıdır. İslamda inkişaf mahiyyətində olan qaçınılmaz olan hər hansı bir dəyişməni önləyən, bunu dinə zidd sayan heç bir qayda yoxdur. İslamda siyasi, sosial, iqtisadi hüquqi sahələri yerbəyer edən qaydalar uzun zaman, daha çox fiqh kitablarında yer almışdır. Bu qaydaların ən az dörddə üçü ayət hədisə deyil, ictihada dayanmaqdadır. İctihad bir fikir, düşüncə, dəyərləndirmə tətbiqetmə işidir. Bəşəridir, müqəddəs deyildir, dəyişə bilər, hər zaman yeniləri yaradıla bilər.

 





25.11.2013    çap et  çap et