525.Az

Köhnə tanışlar: Şakir Yaqubov


 

“MƏN HƏYATIMI JURNALİSTİKAYA QURBAN VERDİM”

Köhnə tanışlar: <b style="color:red">Şakir Yaqubov</b>

abdin41@mail.ru
tofigabdin.com 

UVERTURA TÜRKİYEYE BÜYÜK SAYQIYLA

 

Azerbaycanlı mühabir, Baküdeki 1990,Ocak katliamınden sonra yayına giren Seher  enformatik-haber gazetisi Genel müdürünün yardımcısı,tanınmış gezeteçi Şakir Yakupov geçtiğimiz günlerde bizzat benim misafirim olarak Türkiyeye, genlede ise İstanbula gelmişti.Geldi,bir kaç gün İstanbulda gezdi ve Baküye döndükten sonra bu gezintiyle ilğlili bir  okunaklı ve dikkati çeken yazı yayınlattı kendi gazetesinde.

Önceler Türkiye hakkında bir o kadar da saygıyla konuşamayan bu yazarın (şunu anlatmalıyızki, kötüleyen bir şeyler de yapmıyordu)  geçtiğimiz günlerde bana gönderdiği  dizi yazını dikkatle okudum.Okudukça da bu büyük Türkiyeye ve genelde İstanbula olan sayqısını ve sevgisini duydum.

İstanbulda her şey var,Baküden başkaadlı dizi yazı  genel olarak şu satırlara bitiyor: ”Bir akşam Tevfik bey Abidinle İstanbulda geçirdiğim günlerin duyğularını paylaşanda böyle bir  dialoğumuz oldu:iİstanbul çok büyük bir tent,ne ararsansa bulmak çok kolay. Tevfik bey dedi: evet Şakir bey,İstanbuldayoktursözüne bir ihtyac yok.Ama İstanbulda BAKÜ yoktur.

Tebii bir kaç yıl İstanbulda yaşayan Tevfik beyin şu sözlerini şimdi de unutamıyorum.”

Şakir Yakupov Azerbaycanda en iyi tanınmış,titiz ve profesyonel gazeteçilerden biridir.Kuşkusuz şunu söyleyim ki, böyle okunaklı ve azeri türkçesinde  söylesek: şirin,tatlı bir yazı ortaya koyacağını kendisinden bekliyordum.Bu beni candan sevindirdi. Bu açıdan Şakır Yakupovun yazı usulubunda İstanbulun vapurlar yüzen bağazları,Türkiyede üniversitelerde okuyan  azeri öğrencilerin hayatı ve tahsili  hatta televizyon yayanları ve Türkiyenine politik gündemi hakkında sevndirici sözler yazan Şakir Yakupov hakkında şu sözleri sarf etmeğe değer:İstanbulda her şey var Baküden başka,azizim Şakir.Ama senin bu güzel dizi yazında da her şey kötü niyetten başka. Büyük sayqılar sunarım yazar arkadaşıma.

İstanbuldan büyük sayqılar...

TOFİQ ABDİN

Orta doğuQEZETİ 11mart, 1994

 

Bax görürsüzmü, demək, heç hər şey itib-batmır.

Bax, bütün bunları mən özlüyümdə dəyərləndirərək, bu qərara gəlirəm ki, necə deyərlər, atılıb-düşməyin yeri deyil, biryolluq bilmək lazımdır: indi hamı yorğanı öz üstünə, ya da  vəzifədə olan, yaxud vəzifəli qohumu olan cənabların-xanımların üstünə çəkir. Bir ayrı misal çəkəcəyəm. Təxminən 10-12 il qabaq, unudulmaz qələm qardaşımız Adil Qaçayoğlu işsiz olan çağlarda söhbət əsnasında dedi ki, bu gün filankəslə    o, konkret ad-soyad söylədi  rastlaşdım, köhnə tələbə yoldaşı həmkar kimi harada, işlə məşğul olduğunu soruşdum. Dedi ki, konkret yerim yoxdur, amma ildə 3-4 kitab yazmaqla (!?) başımı dolandırıram... Sonra Adil həminkitabların birini göstərib oradan bir parçanı oxudu: tikinti idarəsinin rəisi olan qəhrəman otağına girən kimi katibəni çağırıb ərazidə səliqə-sahman yaratmaq barədə əmrin mətnini ona  diktə edir ən kustar formada olan bu savadsız mətnkitabda dərc olunur...

Təsəvvür elə, son on ildə Azərbaycan mətbuatı tarixinə dair azı iki yeni dərslik çap olunub, dövriyyəyə buraxılıb həmin dərsliklərin heç birində ət siyahısı kimi bir siyahıda olsa belə, bizim adımız-soyadımız yoxdur: sanki tirajı 647 min nüsxə olanAzərbaycan gəncləriqəzetində, 540 min nüsxə tirajla nəşr edilmişKommunistqəzetində həlledici vəzifələrdən birini  biz tutmamışıq, “Gənclər məşhurSubaylar təzə evlənənlər üçünsəhifəsini, “Ömrün dolaylarındarubrikasını biz yaratmamışıq, “KommunistBöyüyün böyük yeri...” Üzündə göz izi varadlı bütün respublikada ciddi müzakirə mübahisələrə səbəb olan oçerkləri biz yazmamışıq...

- Mənə elə gəlir ki, sən bir az qapalı həyat yaşayırsan. Ədəbi camiə məclislərində az-az görünürsən. Nədir bu özünə qapanış? Bir incikliyinmi var? Dostlardanmı xəyanət görmüsən, yoxsa?..

Əslində, verdiyin sualın cavabı elə özündədir. Belə bir məsəl var: çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə. Doğrudur, məni çox yerə dəvət eləmirlər, amma dəvət olunduğum yerlərin hamısına gedə bilmirəm. Bunun da iki səbəbi var: lap birincisi odur ki, fiziki sağlamlığım buna imkan vermir; ikincisi odur ki, məclislərin 99 faizi mədhiyyəçilik yarışından ibarət olur ki, o da mənə əl vermir. Yeri gəlmişkən, bu mədhiyyəçilik o dərəcədə həyatımızın normasına çevrilib ki, xırda bir şey barədə ən elementar irad da süngüylə qarşılanır, halbuki şəxsən mənim söyləyə biləcəyim iradların mütləq əksəriyyəti problemli, tarixi əhəmiyyət kəsb edən məsələlərlə bağlı ola bilir. Son aylarda orta hesabla həftədə bir dəfə yolum Bakı kitab klubundan düşür. Hər dəfə təxminən iki saatadək burada oturub təzə çıxmış kitabları vərəqləyirəm. Xudaya, bizdə qədər savadsız, tarixi faktların dolaşıq salınmasına, müəlliflərin real, faktiki bioqrafiyalarının bəzədilməsinə xidmət edən kitablar nəşr olunur! Heç birinin redaktoru yoxdur, ən yaxşı halda isə formal olaraq mətbəə sahibinin adı redaktor kimi göstərilir. Digər tərəfdən, redaktorun olmasından hacət? Əgər bir kitabda rəyçi kimi beş elmlər doktorunun, elmi redaktor kimi isə iki elmlər doktorunun soyadı göstərilirsə onların da heç biri kitabın məzmununa deyil, müəllifin (“tələbə qızın) zahiri gözəlliyinə hayıl-mayıl olursa, belədə nəyi qoyub nədən danışasan?! Bilirsənmi redaktor üçündür? Sən 20 ildir ki, ən müxtəlif mənbələrdəqəzet-jurnallarda, saytlarda vaxtilə  Bəşir Səfəroğlu barədəGünlər Bəşirsiz keçiradlı kitab yazdığını qeyd elətdirirsən, halbuki sənin kitabının adı, sadəcə olaraq, “Bəşir Səfəroğludur! Redaktor bu düzəlişi təmin edirhəm sənin xətrinə yox, tarixi həqiqətin xətrinə, gələcək nəsillər üçün hansısa daha bir problemi saxlamamaq xətrinə!..

Təxminən on il qabağın söhbətidir. Prezident təqaüdçüsü, “Şöhrətordenli professor jurnalist Cahangir Məmmədlini əməli bir işdən ötrü  keçmiş yerimə dəvət eləmişdim. Xoş-beş, on beşdən sonra aramızda belə bir dialoq getdi. Dedim a müəllim, 22 iyul günü ərəfəsində ya məhz həmin gün səni televizorla azı beş təşkilatınyeyib-içmək məclisində görürəm. Sən özün bir dəfə həmin məclislərin təşkilatçılarından Şakir Yaqubovu niyə dəvət etmədiklərini soruşubsanmı onlar cavab veriblər? Professor müəllim sidq-ürəkdən qayıtdı ki, soruşmayıb   belə bir şey heç ağlına da gəlməyib... İndi səndən soruşmaq istəyirəm: bu halda mənimədəbi camiə məclislərində görünməyim dərəcədə real ola bilər belə olan təqdirdə mən nəinki həmin məclislərin təşkilatçılarından, hətta dost dediyin kəslərdən niyə inciməməli, onların gecikmiş təklifləriniüç nöqtə şəhəri niyə göndərməməliyəm?! Hərçənd bir daha təkrar edirəm ki, fiziki sağlamlığım uzaqbaşı maşınla çayxanaya gedib-gəlməyə imkan verir. Yoxsa ki, həqiqi dostların mənimlə içmək üçün Azərbaycanın ən gözəl guşələrindən gətirdikləri məcunlar aylarla yol gözləməz(di)...

(Sonradan əlavə olunmuş bir not) : Şakir müəllimin yuxarıdakı haqlı qeydinə mənim heç bir sözüm yoxdur həqiqətən Şakir müəllimin bu iradından sonra baxdım ki,mən hətta avtobioqrafiyamda da bu səhvə yol vermişəm.Bu yanlışlıq da ondan irəli gəlib ki,mən böyük  aktyorumuz haqqında mənim o zaman QOBUSTAN toplusunda GÜNLƏR BƏŞİRSİZ KEÇİR adlı iri həcmli bir yazım çap olunmuşdu.)

Çox işlənmiş sual olsa da, bilmək istərdim: jurnalistikanı seçməyində bir təkan olubmu, yoxsa Allaha təvəkkül deyib, o zamanın ən gözəl fakültələrindən biri olan jurnalistikaya daxil olmuşdun?

 Bu, tam bir özünütəsdiq forması olub mənim üçün. Rəhmətlik Məhərrəm kişi kimi, rəhmətlik Hənifə kişi ibtidai təhsilli kənd adamı, əsl kolxozçu idi jurnalistikadan-zaddan  o qədər başı çıxan adam deyildi. Eyni zamanda, daxili bir fəhmlə bunun nəsə sırf ziyalı peşəsi, intellektual bir fəaliyyət sahəsi olduğunu başa düşürdü, ona görə orta məktəbi bitirib ali məktəbə sənəd vermək üçün mənimlə Bakıya gələndə Dövlət Universitetinə gedəcəyimizi yüzdə-yüz bilirdi. Deyim ki, mənim ilk mətbu təcrübəm 1961-ci il aprelin 20-Azərbaycan pioneri” (indiSavalan”) qəzetində dərc olunmuşMən Yuri kimi olacağamadlı məktub olubon yaşlı oğlan uşağının heç kimə gənəşmədən, birbaşa özünün oturub yazdığı   zərfə qoyub qəzetinBakı şəhəri, Kommunist küçəsi, 11/13, 5-ci mərtəbəünvanına göndərdiyi məktub. Əgər bu jurnalistikadırsa, demək olar ki, mənim jurnalistliyim belə başlanıb həmin vaxtdan etibarən orta hesabla hər ayPionerqəzetində, bunun ardınca isəPioner” (indiGünəş”) jurnalında məktublarım dərc olunub, tədricən sorağım 4-5 kənddən ibarət sovetliyə, daha sonra rayona yayılıb. Məsələ burasındadır ki, mərhum qohumum Əhəd Muxtarı çıxmaq şərtilə, həmin vaxtadək bizim Talış zonasında bir ədəbiyyat adamı, jurnalist olmayıb, buna görə mənə yaşımdan çox-çox öncə hörmət-ehtiram göstərilib. Təsəvvür elə, indi hansı səviyyəli olmasını xatırlamadığım deputat qız evimizə gəlib, bacı-qardaşlarımı otaqdan bayıra çıxarıb guya təklikdə dərdini mənə danışıbkolxoz sədrinin onagirişməyini”, bunun üçün məndənyaşca özündən ən azı iki dəfə kiçik oğlandan məsləhət istəyib ki, bu məsələni cür həll eləsin... Bunun davamı kimi, təqribən üç ilə yaxın müddət ərzində Sovet Astarasıqəzetinin ştatdankənar müxbiri oldum, əsasən, istehsalat məsələləri barədə qəzetə yazılar yazdım.

Belə demək olar ki, sən Bakıya sanki Jurnalistika fakültəsinin tələbəsi olaraq gəlmişdin...

  Amma Bakıda Jurnalistika fakültəsinə nəinki daxil olmadım, heç ora sənəd vermədimuniversitetin əsas binasının həndəvərində rəhmətlik atamla gəzişib dərdləşdiyimiz vaxt bir nəfər məşhur jurnalistad-soyadını özü söylədi  bizə yaxınlaşdı, istəyimizə qulaq asdı özünü təqdim edərəkişi düzəltməküçün 5 min manat gətirməyimizi istədi. Mən atamın o qədər pulunun heç vaxt olmadığını olmayacağını  bildiyim üçün dərhal bu sövdəyəyox” – dedim ... 25 yerə təxminən 750 nəfərin, o cümlədən 18 medalçının sənəd verdiyi Tarix fakültəsinə sənəd verdim. Təbii ki, 4 imtahandan 18 balla budəyirmanın ağzından salamat çıxmaq olmazdı mən çıxmadım da. Cibimdə həm səkkizillik təhsil barədə başdan-başa “5” olan şəhadətnaməm vardı, onu plan-uçot texnikumuna verib imtahansız qəbul olundum Bakı mühitinə, deməli, həm qəzet mühitinə, jurnalistika mühitinə düşdüm... Təbii ki, texnikum dərhal əsgərliyə getməmək üçündü, ona görə ertəsi il ən sorğu-sualsız fakültəyəKitabxanaçılıq fakültəsinə sənəd verib ora qəbul olundum, elə həmin illərdə – 60- illərin sonunda intensiv jurnalistika fəaliyyətim başladı: “Azərbaycan gəncləri”, “Bakinski raboçi”, “Molodyoj Azerbaydjana”, “Bakı” – “Bakuqəzetləri oylağım oldu, UniversitetinLenin tərbiyəsi uğrundaqəzetində Tarix fakültəsini bitirən Fəzail Ağamalıyeviindiki ictimai xadimi ştatlı müxbir vəzifəsində əvəzlədim. Bu proses orduda davam elədi mən düz iki il Almaniyadakı Sovet Qoşunları Qrupunun orqanı olanLeninskoye znamyaqəzetində ştatdankənar müxbirlik elədim. Təbii ki, bunların heç biri indiki anlamda əsl jurnalistikapublisistika deyildi, hərçənd həmin illərdəGənclər çıxmış bir neçə oçerkimi bu gün yaxşı yazı nümunəsi hesab edirəm...

(Davam edəcək)

 





25.11.2013    çap et  çap et