525.Az

MSK parlament seçkilərinə bu gün yekun vuracaq


 

MSK parlament seçkilərinə bu gün yekun vuracaq<b style="color:red"></b>

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə bu gün yekun vuracaq.

APA-nın məlumatına görə, məsələ MSK-nın bu gün keçirilən iclasının gündəliyinə salınıb.

Qeyd edək ki, Seçki Məcəlləsinin 171.2-ci maddəsinə əsasən, MSK səsvermə günündən ən geci 20 gün keçənədək Milli Məclisə seçkilərin nəticələrinin yoxlamalı və yekun vurmalıdır.

Milli Məclisə seçkilərlə əlaqədar bu müddət fevralın 29-dək olan dövrü əhatə edir.

 





25.02.2020    çap et  çap et