525.Az

Mirzə Saleh Təbrizi və onun yeni əldə edilmiş divanı


 

Mirzə Saleh Təbrizi və onun yeni əldə edilmiş divanı<b style="color:red"></b>

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi,
filologiya elmləri doktoru

Azərbaycan dilini ictimai həyatın bütün sahələrində yaymağa, dövlət dili səviyyəsinə qaldırmağa çalışan Şah İsmayıl Xətaidən sonra da Səfəvilər dövlətində türk dili ən yüksək dairələrdə öz nüfuzunu kifayət qədər saxlamışdı. Doğrudur, ardı-arası kəsilməyən Osmanlı-Səfəvi hərbi toqquşmaları nəticəsində  Azərbaycan XVII əsrdə Səfəvilər dövlətinin siyasi-iqtisadi mərkəzi rolunu itirmiş, paytaxt Şah Təhmasibin (1524-1576) dövründə Təbrizdən Qəzvinə, I Şah Abbasın (1587-1629) dövründə isə Qəzvindən  İranın daxilində yerləşən İsfahana köçürülmüşdü. Buna baxmayaraq, Azərbaycan türkcəsi Təbrizdə Qəzvində olduğu kimi, İsfahanda da sarayın qoşunun işlək dili olaraq qalırdı. 1684-1685-ci illərdə İranda olmuş alman səyyahı Engelbert Kempfer Azərbaycan türkcəsinin Səfəvilər sarayında rəsmi dil olması haqqında məlumat vermişdir. Görkəmli Azərbaycan alimi Turxan Gəncəyi Avropa səyyahlarıPetra della Valle, Adam Oleari, Şevalye Jan Şardən, Şanson Rafael Manın əsərlərini, Şah Səfinin (1629-1642) Avstriya-Macarıstan imperatoru II Ferdinanda Şah Sultan Hüseynin (1696-1722) Saksoniya hersoqu Polşa kralı Avqusta məktubunu nümunə gətirərək Azərbaycan türkcəsinin İsfahandakı Səfəvi sarayında yüksək mövqeyə malik olduğunu göstərir. Alim 1636- ilin noyabrından 1638-ci ilin fevralına qədər İranda yaşamış alman səfiri Adam Olearinin belə bir məlumatından sitat gətirir: “ Türk dili İsfahanda o qədər əhəmiyyətə malikdir ki, orada çox nadir hallarda farsca bir söz eşidirsən”.

1648-ci ildə İsveç səfirinin başçılıq etdiyi İrana gələn heyətin katibi həkimi olan alman Engelbert Kempferin yazdıqları isə həmin dövrdə sarayda yuxarı təbəqənin nümayəndələri arasında fars dilinin üstünlük təşkil etməsi barədə fikirləri tamamilə alt-üst edir: “Sarayda işlənən türk dili daha çox hakim sülalənin ana dilidir, nəinki sadə camaatın, bu dil saray vasitəsilə əyan-əşraf ailələrində elə geniş yayılmışdır ki, indi imtiyazlı təbəqədən olan hər hansı şəxsin onu bilməməsi utanc gətirən bir haldır”. XVII əsrdə Səfəvilər dövründə ən yüksək vəzifələrə sahib olan, türkcə şeirlər yazan şəxslərin adlarının sadalanması dediklərimizi bir daha təsdiqləyir. I Şah Abbas II Şah Abbasın ana dilindəki şeirləri artıq məlum faktdır. XVII əsrin əvvəlindən sonuna qədər 95 il ömür sürmüş, Şah Süleymanın (1666-1694) hakimiyyəti dövründə dövlətdə ikinci şəxs-sədri-əzəm, baş vəzir olmuş Vəhid Qəzvininin Berlin Dövlət Kitabxanasında saxlanan türkcə divanı tərəfimizdən geniş ön sözlə çap etdirilmişdir. Farsca divanında ana dilində şeirləri aşkar edilmiş Müsahib Gəncəvi II Şah Abbasın sarayında eşikağasıbaşı, şahın nədimi-müsahibi, Qum şəhərinin darğası, Gəncə-Qarabağ vilayətinin bəylərbəyi olub. Ana dilində divan müəllifi, “Zəfərtəxəllüslü Mürtəzaqulu xan Şamlu Şah Səfi II Şah Abbasın dövründə eşikağasıbaşı, divanbəyi, qorçubaşı, Kerman vilayəti valisi, Şeyx Səfiəddin türbəsinin mütəvəllisi, Ərdəbil vəziri olmuşdur. Türkcə kiçik  həcmli divanının əlyazması Tehran Universiteti Kitabxanasında saxlanan Səfiqulu bəy Səfi Məşhəd valisi, Herat bəylərbəyi vəzifələrini icra edib. Mürtəzaqulu Sultan Şamlu Şah Süleyman taxta çıxarkən (1666) qorçubaşı, sonralar Qumun hakimi təyin edilmişdir.

XVII əsrdə anadilli ədəbiyyatımızın inkişafında müəyyən rol oynamış iki şair-Mövci Əhəri Mirzə Saleh Təbrizi yüksək rütbəli din xadimi-şeyxül-islam olmuşlar. Mirzə Salehin bu yaxınlarda əldə etdiyimiz farsca divanında onun türkcə şeirləri vardır. Qeyd etmək istərdik ki, Mirzə Salehin divanının surətini Tehranın Məclis Kitabxanasında saxlanan əlyazmasından çıxararaq bizə göndərən Almaniyada yaşayan həmvətənimiz Məhəmmədəli Hüseynidir.

Mirzə Saleh Təbrizi barədə bildiklərimiz çox azdır. Vəliqulu bəy ibn Davudqulu Şamlu h. 1072-ci ildə (m.1661) bitirdiyiQisəsül-xaqaniadlı təzkirəsində şair haqqında yazır: “Mirzə Saleh Təbrizin şeyxül-islamıdır. O, bəzən Füzuli təbiətlidir Nəvai kəlamının  ardınca gedir.... Bu alimin doğulduğu yer Təbrizdir.... O, cənabın türkcə farsca şeirlərinin cənnətnişan ölkəmizdə çox böyük şöhrəti var”.

Göründüyü kimi, Vəliqulu bəy şairin Füzuli ədəbi məktəbinin davamçısı olduğunu qeyd etmişdir.

Məhəmməd Tahir Nəsrabadi (1623-1711) 1672-1679-cu illərdə yazdığıTəzkireyi-Nəsrabadiəsərində Mirzə Saleh barədə yazır: “Təbriz kübarlarındandır. O, yüksək insan, səlahiyyətdar yumşaq bir şəxsdir. Təbrizin şeyxül-islamı vəzifəsində elə bir yol götürmüşdür ki, bir kimsənin ondan şikayəti yoxdur. Türk fars nəzmində təbi, qüdrəti olan bir şairdir...”

Səfineyi-XoşguSühufi-İbrahimtəzkirələrinin müəllifləri şair barədə fərqli bir fikir söyləməmişlər. Divanının surətini Tehranın Məclis kitabxanasından əldə etdiyimiz XVII əsrin ikinci yarısıXVIII əsrin əvvəllərində yaşamış təbrizli şair Şükrinin əsərlərini oxuduqda onun Mirzə Salehin farsca şeirlərinə nəzirə yazdığını gördük. Bundan başqa, məlum oldu ki, Şükri qürbətdə yaşayarkən Mirzə Salehlə məktublaşmışdır.

2008-ci ildə M.Hüseyni ilə birlikdə tərtib etdiyimizXVII əsr Azərbaycan lirikasıantologiyasında Mirzə Saleh Təbrizinin Məclis kitabxanasında saxlanan Azərbaycan dilindəki bir neçə şeirini nəşr etdirmişik. Bu yaxınlarda şairin Tehranın Məclis kitabxanasında saxlanan divanının surətini bütövlükdə əldə etmişik. Şairin əsasən, farsca şeirlərinin toplandığı bu topluya onun türkcə əsərləri daxil edilmişdir. 102 səhifədən ibarət divanın 65-79-cu səhifələrində onun Azərbaycan türkcəsində 36 şeiri-qəzəl, qitə, nəzm təkbeytlər cəmi 149 beyt həcmində toplanmışdır. Mirzə Salehin buradakı anadilli şeirlərində ilkin diqqəti cəlb edən cəhətlərdən biri onun Füzuli yaradıcılığından bəhrələnməsi, dahi şairin təsiri ilə əsərlər yazmasıdır.

M.S.Təbrizinin divanına salınmış anadili əsərlərindənYeriməz salik olan rahi-rizadən qeyrimisrası ilə başlanan 10 beytlik qəzəli Füzulinin şeirinə nəzirədir. Əsərində FüzulininQeyrirədifli üç qəzəlinin (“Yar qılmazsa mənə cövrü cəfadən qeyri”, “ görər əhli-cəfa məndə vəfadən qeyri”, “Hasilim yox səri-kuyində bəladən qeyrimisraları ilə başlanan 7 beytlik qəzəllər) qafiyə sözlərini təkrar etdiyinə əsasən deyə bilərik ki, Mirzə Saleh dahi şairin hər üç şeirini oxumuşdur. FüzulininQeyrirədifli 1-ci 2-ci qəzəlindəXudadənqafiyə sözü təkrar olunur. 1-ci qəzəlində o, sirri-qeybini Tanrıdan başqa heç kimin bilmədiyindən danışır. 2-ci qəzəldə isə şair deyir ki, yarını sevdiyinə görə hamı ona əğyar oldu, Xudadan başqa ona yar olası heç kimsə qalmadı. Mirzə Salehin nəzirəsindəXudadənqafiyə sözü ilə iki beyt vardır:

Əhli-məal nəvü mehrü nəvü kini ola,

Saymadım heç kimi mövcud Xudadən qeyri...

Qapı çox gəzdimü göz yaşımı bica tökdüm,

Yox imiş dadə yetən kimsə Xudadən qeyri.

Bu beytlər mənaca Füzulinin 2-ci qəzəlindəki beytə daha yaxın olsalar da, ondan müəyyən qədər fərqli fikir ifadə edirlər. Mirzə Saleh 1-ci beytindəəhli-məal” (“məna əhli”) adlandırdığı nasehlərin, zahidlərin məhəbbət kinlərini heçə saydığını, Xudadan başqa heç kimi mövcud bilmədiyini elan edir. 2-ci beytində isə deyir ki, çox qapılar gəzib göz yaşları tökdümsə , Tanrıdan başqa dada yetən olmadı. M. S. Təbrizi qəzəlin məqtə beytində orijinal qafiyə kimi bir az dəyişdirərək öz adından ( təxəllüsündən) istifadə edir:

Salehi mən` edərlər meyü məşuqindən,

Mənə heç kim sitəm etməz

Salehadən qeyri.

Yəni, şairə meyi eşqi qadağan edirlər. Lakin ona özündən başqa heç kim nəyi isə yasaq edə, əziyyət verə bilməz.

Maraqlıdır ki, Vəliqulu bəy ŞamlununQisəsül-xaqanitəzkirəsində Mirzə Salehin misal gətirdiyi beyt onun əlimizdə olan şeirində yoxdur:

Kimsə açmaz qapımı badi-səbadən qeyri,

Tanımaz kimsə məni dərdü bəladən qeyri.

Bu beyt Füzulinin eyni rədifli 3- qəzəlinin 5-ci beytinə daha yaxındır:

yanar kimsə mənə atəşi-dildən özgə,

açar kimsə qapım badi-səbadən qeyri.

Göründüyü kimi, Füzulinin insan tənhalığını  yüksək bədii formada təsvir etdiyi misralarından birini Mirzə Saleh, demək olar ki, təkrar etmişdir. M. S. Təbrizinin haqqında danışdığımız qəzəlinə düşməyən beytin mövcudluğu şairinQeyrirədifli digər qəzəlinin olması ehtimalını irəli sürməyə imkan verir.

Mirzə Salehin anadilli şeirlərində nəzərə çarpan cəhətlərdən biri danışıq dilinin söz ifadələrindən, atalar sözü məsələlərdən istifadə etməsidir. Onun şeirindəkərəmənasında işlənənkərəzsözü dövrün ədəbi dilinin, tarixi leksikasının öyrənilməsi baxımından maraq doğurur:

Ola, yarəb, bir kərəz yarım bəni

yad eyləyə,

Afəti-qəm görməsin hər kim bəni

şad eyləyə.

Mirzə Salehin müasirləri-Sadiq bəy Əfşar, Saib Təbrizi Məczub Təbrizinin anadilli şeirlərində rast gəlinən bu söz Cənubi Azərbaycanın Maku bölgəsində indi işlənməkdədir.

İnanırıq ki, Mirzə Saleh Təbrizinin surətini yeni əldə etdiyimiz divanı şairin XVII əsr ədəbiyyatımızdakı mövqeyini müəyyənləşdirməyə kömək edəcəkdir.

Mirzə Salehin bir neçə şeirini oxucuların diqqətinə çatdırırıq.

          

Mirzə Saleh Təbrizi

    

Yeriməz salik olan rahi-rizadən qeyri,

İstəməz arif olan cövrü cəfadən qeyri.

    

Varıdır hər gərək mehrü vəfadən qeyri,

Yoxudur, istəməyin cövrü cəfadən qeyri.

    

Görmədim mehr təriqində sitəmdən özgə,

Gəlmədi eşqdə başımğa bəladən qeyri.

    

Görgəc ol xosrovi-xubanı əfğanlar edim,

İti söz kimsə deməz şahə gədadən qeyri.

Yardan başqa aləmdə muradım yoxdur,

gərək dərdi olan canə dəvadən qeyri.

    

Könlini saf elə xəlq iləvü asudə diril,

İstəməz ayinə heç kimsə səfadən qeyri.

    

Əhli-məal nəvü mehri nəvü kini ola,

Saymadım heç kimi mövcud Xudadən qeyri.

    

Qədü baləvü gözü qaşilə yox bazarım,

Könlümü seyd etməz imiş hüsn ədadən qeyri.

    

Qapı çox gəzdimü göz yaşımı bica tökdüm,

Yox imiş dadə yetən kimsə Xudadən qeyri.

    

Salehi mən edərlər meyü məşuqindən,

Bana heç kim sitəm etməz Salehadən qeyri.

         

lll

    

Mehrü vəfa sözini heç kimsədən inanmaz,

Yəğmadən əl götürməz,

bidaddən usanmaz.

    

Can vermişəm yolunda yüz bin xəcalət ilə.

Bilməm neçün demişlər,

varın verən utanmaz.

    

Vaiz, sənin kəlamün hər biri neştər olsa,

Hər kimi basdı qəflət, ta diridir, oyanmaz.

    

Mən çərxə atmışam taş,

mən eşqi etmişəm faş,

Mərd etdügini söylər, ər dedügini danmaz.

    

Töhmət deyər özinə, söylər özgəsiçün,

Utanmiyən özündən

heç kimsədən utanmaz.

    

Hirsilə etmə möhkəm qəsri-əməl binasın,

Seyli-qəza önində çərxi-bərin dayanmaz.

    

Göz həqq yolındən örtən tənbihi həqqə lazım.

Ağır olan yuxusi, oyatmasan, oyanmaz.

    

Saleh, kibriyadur ol nazlu dilrubadə,

Heç xəstəsini sormaz, heç aşiqini anmaz.

    

lll

    

Ey Tənrini sevən, sölə, vaiz xəyali ?

Bu hay-huydən bitər, qeylü qalinə?

    

Ta eşq verdi yüz, görməm afiyət yüzin,

Heç bilmənəm ki, hicr etdi vüsalinə.

    

Qanum töküci bağrımı qan etdi firqəti,

Könlümdəki bənim nəvü dustim xəyali .

    

Şadivü qəmdə etməyinüz çox mübaliğə,

Dünya nədür ki, eyşi noləvü məlali .

    

Saleh bu qapu xəstəsidür, bir kərəz neçün,

İstəşmədün, dirildimi, öldümi, hali ?

    

lll  

    

Yuxi girməz gözümə, şəm bilir, mah bilir,

Könlümün halını sən bilməsən

, Allah bilir.

Bu əgər heç yerə aparmazam, yol ola,

Dadrəs qapısını ahi-səhərgah bilir.

Saleh, onmaz əgər olmasa tövfiqi-rəfiq,

Vər salik yerin yolları gümrah bilir.

    

lll

    

Sən dərd duymamış sölərsən dəvasını,

Hər nəstə bilməyə, deyə kimsə vabaldır.

Ya mehr, ya sitəm, birini səndən istərəm,

Lütfün əgər həram isə, qanım həlaldır.

Dünyanın alu yaşılı bir-birə yaraşür,

Gər qövr ilən nəzər edəzən, vari aldır.

Küsməkdən özgə söz söləməz şəhr vaizə.

Bir taş ürəkli, odlu ağız, bikəmaldır.

 





25.11.2013    çap et  çap et