“Türk Hava Yolları” bu günə nəzərdə tutulan Tehran-İstanbul aviareyslərini ləğv edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Qeyd edək ki, yeni növ koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Tehran-İstanbul reysi üzrə təyyarəyə təkcə Türkiyə vətəndaşları qəbul edilirdi.