525.Az

Xocalı soyqırımının qurbanları Filarmoniyada xatirə konserti ilə yad edilib


 

Xocalı soyqırımının qurbanları Filarmoniyada xatirə konserti ilə yad edilib<b style="color:red"></b>

Fevralın 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, anım konserti Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunub.

Anım konsertində filarmoniyanın solistlərinin ifasında Ü.Hacıbəyli, T.Bakıxanov, S.Hacıbəyov, S.Ələsgərov, A.Əlizadə, V.Adıgözəlov və F.Bədəlbəylinin əsərləri səslənib.

Xalq artisti Gülnaz İsmayılova isə dünya klassiklərinin əsərlərini ifa edib.

 





22.02.2020    çap et  çap et