525.Az

Məşğulluq sahəsində 2020-ci il üçün Tədbirlər Planı təsdiq edilib


 

Məşğulluq sahəsində 2020-ci il üçün Tədbirlər Planı təsdiq edilib<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “İşsiz və işaxtaran şəxslərin işə götürülməsi sahəsində işin təkmilləşdirilməsi ilə bağlı 2020-ci il üçün Tədbirlər Planı” təsdiq edilib. Plana əsasən, hər ay işəgötürənlərin siyahısı dislokasiyaya uyğun hazırlanacaq, bu siyahı, habelə potensial vakant iş yerlərinin hədəflənməsi üçün işəgötürmə potensialı yüksək olan müəssisələrin siyahısı (ildə iki dəfə) rayon (şəhər) Məşğulluq Mərkəzlərinə təqdim ediləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Tədbirlər Planında hər bir rayon üzrə işəgötürmə hədəflərinin hazırlanması, vakant iş yerlərinin “Məşğulluq” altsisteminə yerləşdirilməsi istiqamətində işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi üçün tədbirlərin görülməsi, həmin altsistem üzərində hər həftə təhlil xarakterli məlumatların hazırlanması, mütəmadi olaraq peşə hazırlığı üzrə dördtərəfli müqavilələrin bağlanılması nəzərdə tutulur.

Eyni zamanda, işəgötürənlərin maraqlandırılması və işəgötürmənin stimullaşdırılması, işlə təminolunma səviyyəsinin daha da artırılması üçün əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramının tətbiqi, işəgötürənlərlə yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılması üçün sosial müəssisələrin yaradılması istiqamətində il ərzində tədbirlərin görülməsi də planda yer alıb.

Tədbirlər Planında “Məşğulluq” altsistemi, dördtərəfli müqavilələr əsasında peşə hazırlığının təşkili, əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı, qeyri-formal məşğulluğun aradan qaldırılması və s. mövzularda maarifləndirmə tədbirləri və dəyirmi masaların keçirilməsi də əksini tapıb.

 





26.02.2020    çap et  çap et