525.Az

Mustafa Dənizli Lənkərana gəldi


 

Mustafa Dənizli Lənkərana gəldi<b style="color:red"></b>

"Xəzər Lənkəran" klubunun baş məşqçisi təyin olunacağı gözlənilən Mustafa Dənizli bu gün Lənkərana gəlib.

Qol.Az-ın məlumatına görə, türkiyəli mütəxəssisi Lənkəran hava limanında klubun rəsmiləri qarşılayıb.

M.Dənizlinin Azərbaycana səfərində əsas məqsəd klubla müqavilə imzalamaqdır. "Xəzər Lənkəran"ın 64 yaşlı mütəxəssislə iki illik müqavilə imzalayacağı gözlənilir. Yeni təyinatın bu gün və ya sabah rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, M.Dənizli ilə birgə "Fənərbaxça" klubunun əfsanəvi futbolçularından olan Oğuz Çətin də Lənkərana təşrif buyurub. Onun M.Dənizlinin köməkçisi işləyəcəyi gözlənilir. Hər iki məşqçi Lənkərandan Bakıya yola düşəcədək.

 





25.11.2013    çap et  çap et