525.Az

Xocalı soyqırımına niyə Beynəlxalq Cinayət Məhkəməsində baxılmır?


 

Xocalı soyqırımına niyə Beynəlxalq Cinayət Məhkəməsində baxılmır? <b style="color:red"></b>

“Həm Serj Sərkisyan, həm Robert Köçəryan barədə 1988-1992-ci illərdə Dağlıq Qarabağda azərbaycanlı əhalisinə qarşı zorakılıq və  törədilən cinayətlərlə bağlı cinayət işləri var”.

APA-nın məlumatına görə, bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib. 

E. Tağıyev bildirib ki, Xocalı soyqırımı ilə bağlı 39 nəfər barəsində İnterpola müraciət edilib: “Həmin şəxslərdən indiyə qədər saxlanılanlar yoxdur. Cavab belədir ki, bu istiqamətdə işlər davam edir”.

 Xocalı soyqırımı ilə bağlı məsələyə Beynəlxalq Cinayət Məhkəməsində baxılmamasına aydınlıq gətirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Əliyeva isə qeyd edib ki, Xocalı faciəsi 1992-ci ildə baş verib, Beynəlxalq Cinayət Məhkəməsi isə  2002-ci ildə yaradılıb: “Bu günə qədər nə Azərbaycan nə Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etmir. Ona görə də Xocalı ilə bağlı ancaq milli səviyyədə həmin şəxslər barəsində cinayət işi açılıb”.  

 





26.02.2020    çap et  çap et