525.Az

MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim edib


 

MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim edib<b style="color:red"></b>

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

Bunu APA-ya açıqlamasında MSK katibi Mikayıl Rəhimov məlumat verib.

M. Rəhimov bildirib ki, yekun protokol Konstitusiya Məhkəməsinə bu gün təqdim olunub.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Milli Məclisə növbədənkənar seçkilərin yekunlarını 10 gün ərzində təsdiqləməlidir.

Seçki Məcəlləsinin 171.1, 171.3, 171.4-cü maddələrinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq etməlidir.

Xatırladaq ki, MSK 25 fevralda Milli Məclisə seçkilərin nəticələrini yoxlayıb və yekun vurub.

 





26.02.2020    çap et  çap et