525.Az

ATƏT sədri Rusiyaya təşəkkür edib


 

ATƏT sədri Rusiyaya təşəkkür edib<b style="color:red"></b>

ATƏT-in fəaliyyətdə olan sədri Edi Rama Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyinə görə Rusiyaya təşəkkür edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş Naziri, Xarici İşlər və Avropa naziri Edi Rama Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşün yekunlarına dair keçirilən birgə mətbuat konfransında bildirib.

ATƏT regionundakı münaqişələrdən danışan E. Rama Rusiyaya ATƏT-in Minsk Qrupuna həmsədrlik etdiyinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyinə görə təşəkkürünü çatdırıb.

Qeyd edək ki, bu gün Rusiya XİN-in Qəbullar Evində Rusiya xarici işlər naziri Sergey Lavrovla ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş Naziri, Xarici İşlər və Avropa naziri Edi Rama arasında görüş keçirilib. Görüşdə ümumi Avropa və regional problemlər, eləcə də ATƏT-in hazırkı fəaliyyəti və 2020-ci il üçün iş planı müzakirə olunub.

 





26.02.2020    çap et  çap et