525.Az

Azərbaycanlı alim: “Koronavirus vaksinini 3-4 aya əldə etməyi düşünürəm”


 

Azərbaycanlı alim: “Koronavirus vaksinini 3-4 aya əldə etməyi düşünürəm”<b style="color:red"></b>

“Yeni koronavirusun nukleotid ardıcıllığı nəşr edildikdən sonra bu ölümcül virusa qarsı vaksin hazırlamaq işlərinə başladım. Virusun dünya ölkələrində, o cümlədən İranda, Azərbaycanla sərhəddə qeydə alınması məni narahat edir. Ona görə də hazırda bütün gücümü bu vaksinin hazırlanmasına cəlb eləmişəm”.

Bu barədə APA-ya Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov bildirib.

O bildirib ki, tədqiqatlara bir neçə həftə əvvəl başlayıb: “Məqsədim koronavirusa qarşı  zülal əsaslı (protein based) effektiv vaksin yaratmaqdır. Tədqiqatlar nəticəsində koronovirusa qarşı hədəf zülalları müəyyən edilib. Bu zülal antigenler yaşıl bitki yarpaqlarında sintez ediləcək”.

Alim qeyd edib ki, hazırda bütün dünya ölkələrindən alimlər virusa qarşı vaksin əldə etməyə çalışır: “Dünya əhalisi risk altındadır. Ona görə mən də bu işə öz töhfəmi verməyi qərara aldım. Vaksini 3-4 ay ərzində əldə etməyi düşünürəm”.

 





26.02.2020    çap et  çap et