525.Az

Timuçin Əfəndiyev Xoreoqrafiya Akademiyasından kitab yazdı


 

Timuçin Əfəndiyev Xoreoqrafiya Akademiyasından kitab yazdı <b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyevin Azərbaycanda xoreoqrafiya təhsilinin 90 illik tarixi, Bakı Xoreoqrafiya Akademiyasının 5 illik fəaliyyətinə həsr olunmuş "Bakı Xoreoqrafiya Akademiyası: ənənədən başlanan yol" adlı kitabı işıq üzü görüb.

Kitabda milli rəqs sənətinin formalaşması, xoreoqrafiya məktəbinin təşəkkülü, keçdiyi şərəfli yol, burada fəaliyyət göstərmiş görkəmli balet və rəqs ustalarının yaradıcılığı nəzərdən keçirilib, Bakı Xoreoqrafiya Akademiyasının timsalında zəngin sənət ənənələrinə malik xoreoqrafiya təhsilinin akademizm və çiçəklənmə dövrü, elm və geniş yaradıcılıq imkanlarına malik tədris prosesinin inkişafı öz əksini tapıb.

Kitab balet artistləri və rəqs ifaçıları, xoreoqraflar, baletmeysterlər, mədəniyyət xadimləri, tədqiqatçılar, pedaqoqlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

ŞAHANƏ

 





26.02.2020    çap et  çap et