525.Az

Leyla Əliyeva sədr oldu


 

Leyla Əliyeva sədr oldu<b style="color:red"></b>

Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) dördüncü hesabat-seçki konfransı keçirilib.

525.az-ın “AzərTac” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, konfransda RAGT-nin Moskva və regional bölmələrinin 104 nümayəndəsi iştirak edib.

RAGT İdarə Heyətinin üzvü Emin Hacıyev hesabat dövründə təşkilatın fəaliyyəti barədə məruzə ilə çıxış edib. O, təşkilatın sədri Leyla Əliyeva tərəfindən qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi və uğurla həyata keçirilmiş layihələr barədə məlumat verərək qeyd edib ki, RAGT sıx birləşmiş, Rusiyanın və Azərbaycan gənclər təşkilatları arasında öz layiqli yerini tutmuş qurumdur.

E. Hacıyev bildirib ki, Azərbaycan-Rusiya mədəni əlaqələrinin möhkəmlənməsinə RAGT rəhbərliyinin töhfəsi olduqca dəyərlidir.

Məruzəçi qeyd edib ki, hazırda RAGT-nin 70-dən çox regional bölməsi fəal iş aparır, bu isə o deməkdir ki, RAGT-nin fəaliyyəti təkcə iri şəhərlərlə məhdudlaşmır.

O, təşkilatın bir sıra mühüm layihələrdə iştirakı, həmçinin ictimai əhəmiyyətli təşəbbüslərin reallaşdırılması barədə ətraflı məlumat verərək bildirib ki, belə mühüm layihələrdən biri də L. Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyasıdır.

Sonra konfrans iştirakçıları təşkilati məsələlərə baxıb, Nəzarət-Təftiş Komissiyasının məruzəsini dinlənilib. Leyla Əliyeva yenidən yekdilliklə RAGT sədri seçilib. Daha sonra təşkilatın İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyası üzvlərinin seçkisi olub.

 





12.10.2012    çap et  çap et