Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyatşünaslıq plyus" Yaradıcılıq Birliyinin əməkdaşı İbrahim Yusifoğlunun İranda şeirlər kitabı çap olunub.
Tehran şəhərində nəşr edilən kitab "Payızda üşüyən çiçək" adlanır.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan müəllifin 28-ci kitabı "Xudafərin yayın" nəşriyyatında işıq üzü görüb.
Prezident təqaüdçüsü olan İbrahim Yusifoğlunun bu kitabında uşaq şeirləri toplanıb.
Şeirləri ərəb əlifbasına Şima Aqayi uyğunlaşdırıb.