525.Az

İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi qeyd olunacaq


 

İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi qeyd olunacaq<b style="color:red"></b>

Prezident İlham Əliyev İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında  sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasının 20 illiyinin qeyd olunmasına dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

 





27.02.2020    çap et  çap et