525.Az

Ərdoğan: “Rusiyanın dəstəyi olmasa, Əsəd ayaqda dura bilməz”


 

Ərdoğan: “Rusiyanın dəstəyi olmasa, Əsəd ayaqda dura bilməz”<b style="color:red"></b>

“İdlibdə baş verən hadisələr bizim lehimizədir. İdlibdə 3 hərbçimiz şəhid olub, rejimin itkisi isə çoxdur”.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə ordusu “Adana razılaşması”na əsasən Suriyadadır.

“Rusiyanın dəstəyi olmasa, Əsəd (Bəşər Əsəd) ayaqda dura bilməz. Minlərlə insanı öldürən Əsədi dost olaraq qəbul etmirik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

 





27.02.2020    çap et  çap et