525.Az

Övladlığagötürmənin hansı hallarda ləğv olunacağı müəyyənləşib


 

Övladlığagötürmənin hansı hallarda ləğv olunacağı müəyyənləşib<b style="color:red"></b>

Prezident İlham Əliyevin “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanında övladlığagötürmənin ləğvinin tələb edilməsi ilə bağlı bənd yer alıb.

APA-nın məlumatına görə, Fərmanda bildirilir ki, övladlığagötürmədən sonra aparılan monitorinqlər nəticəsində Ailə Məcəlləsinin 132-ci maddəsinə əsasən övladlığagötürmənin ləğvi üçün əsaslar müəyyən edildikdə, sosial işçi dərhal bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verir və Nazirlik Ailə Məcəlləsinin 133-cü maddəsinə uyğun olaraq tədbirlər görür.

Məhkəmə övladlığagötürmənin ləğvi barədə qərar qəbul etdikdən sonra uşaq məhkəmənin qətnaməsi ilə valideynlərinə qaytarılır. Valideyn himayəsindən məhrum olmuş uşaq isə Nazirlik tərəfindən dərhal müəssisəyə yerləşdirilir və uşaqla bağlı reabilitasiya tədbirləri görülür.

Mübahisələrin həlli məsələsinə gəldikdə isə Fərmanda bildirilib ki, övladlığagötürmə ilə əlaqədar yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.

 





27.02.2020    çap et  çap et