525.Az

Xarici dövlət borcu barədə məlumat parlamentə təqdim edilənədək açıqlanacaq


 

Xarici dövlət borcu barədə məlumat parlamentə təqdim edilənədək açıqlanacaq<b style="color:red"></b>

Azərbaycanda növbəti il və sonrakı üç il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin parametrlərinə dair məlumatlar Milli Məclisə təqdim edilənədək açıqlanacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb.

Sənədə əsasən, Maliyyə Nazirliyi 2020–2022-ci illərdə növbəti il və sonrakı üç il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin parametrlərinə dair məlumatların rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etməlidir.

Maliyyə Nazirliyinə 2020-2022-ci illərdə Azərbaycan Respublikasının xarici dövlət borcu barədə məlumatların rəsmi internet səhifəsində açıqlaması da tapşırılıb.

 





27.02.2020    çap et  çap et