525.Az

Dövlət Turizm Agentliyi ölkə vətəndaşlarına müraciət edib


 

Dövlət Turizm Agentliyi ölkə vətəndaşlarına  müraciət edib<b style="color:red"></b>

“Son günlər dünyanın bir sıra ölkələrində koronavirus (COVID-19) epidemiyasının geniş yayıldığını nəzərə alaraq, vətəndaşlarımıza xaricə səfərlərini planlaşdırarkən mümkün riskləri nəzərə almağı tövsiyə edirik”.

APA-nın xəbərinə görə, bu, Dövlət Turizm Agentliyinin ölkə vətəndaşlarına və turoperatorlara müraciətində yer alıb.

“Xəstəliyə yoluxma və virusun Azərbaycan ərazisinə keçməsi təhlükəsinin qarşısının alınması məqsədilə, vətəndaşlarımıza həmin ölkələrdə epidemoloji vəziyyət sabitləşənədək səfərlərini təxirə salmağı məsləhət görürük. Turoperatorlara tövsiyə edirik ki, koronavirusun yayıldığı ölkələrə getmək arzusunda olan vətəndaşlarımızı səfərin mümkün riskləri barəsində məlumatlandırsınlar”, - deyə müraciətdə qeydə alınıb.

 





27.02.2020    çap et  çap et