525.Az

"İrandan gələn şəxslərin müayinəsi üçün səyyar hospitallar yaradılır"


 

"İrandan gələn şəxslərin müayinəsi üçün səyyar hospitallar yaradılır"<b style="color:red"></b>

Koronavirus təhlükəsinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Nazirlər Kabinetinin yanında qərargahdan APA-ya verilən məlumata görə, Nazirlər Kabinetinin yanında yaradılmış qərargahın qəbul etdiyi qərara əsasən İran İslam Respublikası ilə sərhəd–keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitalları yaradılır.

İlkin müayinədən keçmiş və xəstəlik müəyyən olunmamış şəxslər heç bir maneə olmadan  yollarına davam edə biləcəklər. Xəstəliyin əlamətləri aşkar edildiyi hallarda, həmin şəxslər  həkim nəzarəti altında xəstəxanalara göndəriləcəklər.

Nazirlər Kabinetinin yanında qərargah nəzərə çardırır ki, Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanılır, əhali bu istiqamətdə görülən işlər barədə müntəzəm qaydada məlumatlandırılacaq.

Qeyd edək ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.

 





27.02.2020    çap et  çap et