525.Az

Yazıçılar Birliyində Böyük Vətən müharibəsi mövzusunda dəyirmi masa


 

Yazıçılar Birliyində Böyük Vətən müharibəsi mövzusunda dəyirmi masa <b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Azərbaycan döyüşçülərinin qəhrəmanlığı və Böyük Vətən müharibəsində Qələbəyə onların töhfəsi (1941-1945-ci illər)” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, Azərbaycanın Yazıçılar Birliyi və Rus İcması tərəfindən təşkil edilmiş tədbir faşist Almaniyası üzərində Böyük Qələbənin 75 illiyinə həsr olunub.

Tədbiri Rus İcmasının sədri Mixail Zabelin açıb. O bildirib ki, Azərbaycan bu müharibədə Qələbəyə böyük töhfə verib. Bu tarixi günlə əlaqədar silsilə tədbirlər – dəyirmi masalar və konfranslar planlaşdırılıb. Bugünkü iclas həmin silsilədən birinci tədbirdir.

Yazıçılar Birliyinin sədri, Azərbaycanın Xalq yazıçısı Anar qeyd edib ki, Qələbənin 75 illiyi keçmiş Sovet İttifaqının bütün xalqlarının ümumi sevincidir. Müharibənin əvvəlində Azərbaycanın təqribən 3 milyon əhalisi olub. Onların 600 mini cəbhəyə yollanıb, yarısı geri qayıtmayıb.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov tədbir iştirakçılarına təbrik sözü ilə müraciət edərək bildirib ki, Rusiyada və Azərbaycanda bu tarixi günə eyni dərəcədə hörmətlə yanaşılması çox əhəmiyyətlidir. Burada əsgərlərimizin qəhrəmanlığına dərin ehtiram bəsləyir, hər vəchlə tarixin təhrif olunmasının qarşısını alırlar.

Biz çox ümid edirik ki, Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın hərbi qulluqçuları və veteranlar Moskvada Qələbə paradında iştirak edəcəklər.

M.Boçarnikov “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” xatirə medallarını veteranlar Valentina Şevçenkoya və Anna Katkovskayaya təqdim edib.

Yazıçılar Birliyinin üzvü Georgi Zapletin “Azərbaycan döyüşçülərinin qəhrəmanlığı və Böyük Vətən müharibəsində Qələbəyə onların töhfəsi(1941-1945-ci illər)” mövzusunda məruzə ilə çıxış edib.

 





27.02.2020    çap et  çap et