525.Az

Əbülfəs Qarayev İçərişəhərlə bağlı həyata keçiriləcək tədbirlərdən danışıb


 

Əbülfəs Qarayev İçərişəhərlə bağlı həyata keçiriləcək tədbirlərdən danışıb<b style="color:red"></b>

"Artıq İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə danışıqlar aparılıb, böyük beynəlxalq konfrans və silsilə tədbirlər keçiriləcək". 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib. 

İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi ilə əlaqədar müvafiq tədbirlərin təşkilinin nəzərdə tutulduğunu diqqətə çatdıran nazir bu tədbirlər çərçivəsində muzeylərdə saxlanılan əşyaların bir qisminin sərgilərdə nümayiş olunacağını bildirib: "Bundan başqa, bir sıra mədəni proqramlar təqdim ediləcək. Turistlər üçün ayrıca xüsusi marşrutlar formalaşdırılacaq. Əsas olan bu tədbirlərin beynəlxalq əks-səda doğurmasıdır. Çünki bu gün İçərişəhərdə görülən işlər təqdirə layiqdir". 

Qeyd edək ki, fevralın 27-də Prezident İlham Əliyev İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında  sərəncam imzalayıb.

 





28.02.2020    çap et  çap et