525.Az

Türkiyə XİN: Qaçqınlarla bağlı siyasətimizdə dəyişiklik yoxdur


 

Türkiyə XİN: Qaçqınlarla bağlı siyasətimizdə dəyişiklik yoxdur<b style="color:red"></b>

“Türkiyə dünyada ən çox qaçqına ev sahibliyi edir. Ölkəmizin miqrantlarla bağlı siyasətində hər hansı dəyişiklik yoxdur”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hami Aksoy deyib.

O bildirib ki, İdlibdə baş verənlər Türkiyədəki qaçqınlara təsir göstərməkdədir.

“Məlum hadisələrdən narahatlıq keçirən ölkəmizdəki bəzi qaçqınlar qərb sərhədlərimizə doğru hərəkət etməyə başlayıblar. Vəziyyətin pisləşməsi nəticəsində bu risk artmağa davam edəcək", - deyə H. Aksoy vurğulayıb.

 

 





28.02.2020    çap et  çap et