525.Az

Faiq Ələkbərlinin kitabı Türkiyədə çap olundu


 

Faiq Ələkbərlinin kitabı Türkiyədə çap olundu<b style="color:red"></b>

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, eyni zamanda, Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) "Turançılıq və Tanrıçılığa aid olan Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq" kitabı bu günlərdə Türkiyədə də çap olunub.

Türkiyənin "Astana yayınları" nəşriyyatında işıq üzü görən kitabı Alpaslan Dəmir çevirib.

Monoqrafiyada Turan sivilizasiyanın dünyada ən qədim mədəniyyət olması məsələsi təhlil olunaraq Turan məfkurəsi və Tanrıçılıq fəlsəfəsi bütün aspektləri ilə tədqiqata cəlb edilib. Burada Turan məfkur əsi ilə bağlı Turan İmperiyalarının tarixinə, mahiyyətinə və çağdaş dönəmdəki yerinə aydınlıq gətirilib. Bununla yanaşı, Turan-Avropa, Turan-Aryan/İran ideoloji və mənəvi-fəlsəfi savaşları öz əksini tapıb. Eyni zamanda, kitabda Türk xalqlarının təşəkkülü ilə bağlı onun etnogenezi, dini-fəlsəfi dünyagörüşü geniş şəkildə tədqiq olunub. Belə ki, monoqrafiyada Tanrıçılıq fəlsəf əsinin mahiyyəti, onun Şamanizmə, Mağlar təliminə, Zərdüştlüyə, Yunan kosmologiyasına, Xristianlığa, İslamlığa münasibəti də öz əksini tapıb.

Monoqrafiyada Azərbaycan Türk dövlətləri Səfəvilər, Əfşarlar və Qacarlar ayrıca tədqiqata cəlb olunub.

Kitabda Qərb sivilizasiyasının mahiyyəti və ona alternativlik məsələsi, bu anlamda Türk Dünyası-Qərb, Türk Dünyası-Rusiya münasibətləri geniş təhlil olunub. Eyni zamanda, bütün bunlarla yanaşı, əsərdə Türk Birliyi, bu yolda Azərbaycanın birləşməsinin vacibliyindən və çıxış yollarından da bəhs olunub.

Kitab Turan/Türk tarixi, Turan/Türk fəlsəfəsi ilə maraqlanalar, eləcə də Azərbaycan türklərinin ümumTürk tarixi və fəlsəfəsində yerini araşdıranlar və geniş oxucu kütləsinin faydalanması üçün nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən kitab ilk dəfə Azərbaycanda 2017-ci ildə "Xan" nəşriyyatında çap olunmuşdu.  Bu kitab müəllifin Türkiyə türkcəsində nəşr olunan ikinci əsəridir. Bundan öncə 2014-cü ildə F.Ələkbərlinin "Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü" monoqrafiyası Buğra Yayın Evi tərəfindən Türkiyə türkcəsində nəşr olunub.  

Şahanə MÜŞFİQ

 





28.02.2020    çap et  çap et