525.Az

Ərdoğan və Putin tezliklə görüşmək barədə razılığa gəliblər


 

Ərdoğan və Putin tezliklə görüşmək barədə razılığa gəliblər<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin qısa zaman ərzində görüşmək barədə razılığa gəliblər.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

“Bu gün baş tutan telefon danışığı zamanı Türkiyə və Rusiya liderləri ən qısa müddət ərzində görüşmələri barədə razılığa gəliblər”, - deyə F. Altun vurğulayıb.

 





28.02.2020    çap et  çap et