525.Az

Energetika naziri: "Azərbaycanda Cənub Qaz Dəhlizinin ikinci fazası üçün də yetərincə qaz olacaq"


 

Energetika naziri: "Azərbaycanda Cənub Qaz Dəhlizinin ikinci fazası üçün də yetərincə qaz olacaq"<b style="color:red"></b>

"İkinci mərhələdə Cənub Qaz Dəhlizinin ötürmə gücü 30 mlrd. kubmetrə qədər genişləndirilə bilər. İlk mərhələdə İtaliyaya 10 mlrd. kubmetr daxil olacaq".

"APA-Economics"in məlumatına görə, bunu bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısının yekunları ilə bağlı keçirilən mətbuat konfransında Avropa Komissiyasının Enerji Direktorluğunun baş direktorunun müavini Klaus-Dieter Borxardt  bildirib.

O deyib ki, hazırda bu həcmin 20 mlrd. kubmetrə qədər artırılması barədə danışıqlar aparılıb və bu, artıq razılaşdırılıb: "Azərbaycanda hazırda perspektiv yataqlar üzərində kəşfiyyat işləri aparılmaqdadır. Bir sıra ölkələrdə də kömürü kənara qoyaraq təbii qaza keçid nəzərdə tutulur".

Energetika naziri Pərviz Şahbazov qeyd edib ki,  ilk mərhələdə Cənub Qaz Dəhlizi ilə 16 mlrd. kubmetr qaz nəql olunacaq: "6 mlrd. Türkiyəyə, qalanı Avropaya nəql olunacaq. Cənub Qaz Dəhlizi genişləndirilə bilər. Bu gün 31 mlrd. kubmetrə qədər, ayrıca TAP-ın gücü də iki dəfə artırıla bilər. Gələcəkdə Balkan ölkələrinin bu layihəyə marağı var. Bolqarıstan Azərbaycan qazının alıcıları sırasında birinci mərhələdə yer alacaq. Sonra digər Balkan ölkələrinin bu sıraya qoşulmaq imkanları olacaq. Prezident də dediyi kimi, Azərbaycanda çox perspektivliyi qaz yataqları var və Cənub Qaz Dəhlizinin ikinci fazası üçün də yetərincə qaz olacaq".

 





28.02.2020    çap et  çap et